Vakansiya haqqında
🎬 Redmark Agency komandasına Videoqraf axtarırıq! Əmək haqqı 1500-2000 AZN!
Redmark Agency olaraq kreativ komandamızı gücləndirmək üçün istedadlı və yaradıcı bir Videoqraf axtarırıq. Əgər kamera arxasında hekayə danışmağı sevirsənsə və hər kadrda fərq yaratmaq istəyirsənsə — səni komandamızda görmək istəyirik!
—Vəzifə öhdəlikləri:
Müştəri layihələri üçün video çəkilişlərin icrası;
Reklam çarxları, sosial media kontenti (Reels, TikTok, YouTube) və brend videolarının çəkilişi;
İşıq, səs və kamera avadanlıqlarının peşəkar istifadəsi;
—Tələblər:
- Videoqrafiya sahəsində minimum 1-2 illik təcrübə;
- Peşəkar kamera və işıq avadanlıqları ilə işləmə bacarığı;
- Komanda ilə işləmə və vaxt idarəetmə bacarığı;
- Video montaj bilikləri (Adobe Premiere Pro, CapCut);
- Minimum Sony A7 III aparatı, 3 işıq və mikrofon olması
- Portfolio mütləqdir.
—Üstünlük sayılacaq:
Tibb/sağlamlıq sektoru ilə iş təcrübəsi
Maşının olması
—Nə təklif edirik:
İllik KPİ bonusu
Qurulmuş proseslər və hesabat sistemləri — sıfırdan xaos yox, sistemli mühit
Peşəkar inkişaf və rəqbətli əmək haqqı
Güclü komanda mədəniyyəti — mütəmadi team building, birgə tədbirlər və dəstəkləyici iş mühiti
📩 Müraciət üçün - Portfolio və CV-nizi "Middle Videoqraf" başlığı ilə info@redmark.az ünvanına göndərə bilərsiniz.
📍 İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!