Vakansiya haqqında
Bir brendin Instagram səhifəsini idarə edəcək, gözoxşayan postlar hazırlayacaq və yaradıcı kontent ideyaları təklif edəcək SMM mütəxəssisi axtarırıq.
Görəcəyiniz işlər:
• Instagram üçün post və Story dizaynlarının hazırlanması;
• Rəng, şrift və kompozisiya baxımından vahid vizual üslubun yaradılması və qorunması;
• Brendə uyğun kontent ideyalarının verilməsi;
• Kontent planının hazırlanması və paylaşımların idarə olunması.
Axtardığımız bacarıqlar:
• Güclü vizual zövq və detallara diqqət;
• Rəng çalarları, şriftlər və kompozisiya ilə işləmək bacarığı;
• Brendin üslubunu anlayıb ona uyğun kontent hazırlamaq;
• Təşəbbüskarlıq və razılaşdırılmış vaxtlara əməl etmək.
Müraciət üçün iş nümunələrinin göndərilməsi əsas şərtdir. CV-yə baxılmır — seçim Instagram-da gördüyünüz real işlər əsasında aparılacaq. Öz Instagram səhifənizin portfolionuz olması üstünlükdür.
Hazırladığınız postları və ya idarə etdiyiniz səhifələrin linklərini göndərin. Həmin işlərdə konkret hansı hissələri sizin etdiyinizi qısa qeyd edin.
İşlərinizi dizayn və kontent sahəsindən anlayan biri qiymətləndirəcək. Bizim üçün əsas meyar diplom və ya iş stajından çox, vizual zövqünüz və ortaya qoyduğunuz işin keyfiyyətidir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!