- Maliyyə uçotu üzrə hesabatların tərtib edilməsi.
- Vergi uçotu üzrə hesabatların tərtib edilməsi.
- Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması.
- Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinin aparılması.
- Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılması.
- Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək.
- Əmək haqqının hesablanması, ödənilməsi.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) aparılması;
- Vergi, statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Bəyannamələrin hazırlanması və təqdim edilməsi;
- Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
- Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi keçirilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi;
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 5 il təcrübəsinin olması;
- Azərbaycan dili mükəmməl,
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
- Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.) ;
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq.
- İş yeri : Bakı şəhəri
- Yalnız xanım namizəd tələb olunur
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!