İş axtarmağa necə başlamalı? – 7 addım

16 Oktyabr 2020 5992

Ətrafımızda işə götürənlərin tələblərindən şikayətlənən bir çox insan var. Bir çox hallarda iş axtaranlar necə başlayacağını bilmir və ya yanlış yollar ilə başlayır. Nəticədə iş tapa bilmir, tez ruhdan düşür və şikayətlənməyə başlayır.

Bu yazımızda iş axtararkən nələrə diqqət etməli və necə başlamalı olduğunuz haqqında məlumat verəcəyik.

  1. Şəxsi keyfiyyətləri və nəaliyyətləri önə çıxarmaq.

İş axtarmazdan və ya əvvəlki iş yerini tərk etməzdən əvvəl nələrə qadir olduğunuzu, hansı nəaliyyətlərinizin olduğunu müəyyən edin. Bu sizin necə bir iş tapa biləcəyinizi və gözləntilərinizin hansı dərəcədə olması gərəkdiyini göstərəcək.

  1. CV-nizi yeniləyin.

Öncədən hazırlanmış CV-niz olsa belə, yenidən gözdən keçirmək və əlavələr etmək sizin şansınızı artırır.

“CV göndərərkən nələrə diqqət edilməli?” yazımıza nəzər yetirə bilərsiniz.

  1. Linkedin hesabınızı yeniləməyi unutmayın.

Sosial şəbəkələrdə necə paylaşımlar etdiyinizə diqqət etməkdə fayda var. Bu sizə şəxsi brend formalaşdırmağınızda kömək edəcək.

Xüsusilə, Linkedin profilinizdə CV-yə əlavə etdiyiniz məlumatları ətraflı şəkildə yerləşdirin və profil şəkli seçiminizin uyğunluğundan əmin olun. Bir çox hallarda işə götürənlər (HR) namizədin sosial şəbəkə hesablarını yoxlayırlar.

  1. İşləmək istədiyiniz sahə və şirkətləri müəyyən edin.

İşləmək istədiyiniz sahəni müəyyən edib, uyğun vakansiyaları yoxlayın. Bu sizi vaxt itkisindən xilas edəcək.

İşə götürənlər özündən əmin və nə istədiyini bilən namizədlərə üstünlük verirlər. Təcrübənizdən və bacarıqlarınızdan əminsinizsə, bunu ifadə edin.

İş təcrübəniz yoxdursa, “Tələbələr və yeni məzunlara iş axtarmaq üçün 4 tövsiyə” məqaləmizi oxuya bilərsiniz

  1. Motivasiya məktubu yazın.

Sadəcə CV göndərmək kifayət etməyə bilər. Motivasiya məktubunda işə olan marağınız və uyğun namizəd olduğunuz haqqında diqqət çəkici cümlələr sizin şansınızı artıracaq. Eyni zamanda, bu cür məktub yazmaqla səmimiyyətinizi bildirə və yadda qala bilərsiniz.

  1. Müraciət etdiyiniz şirkət haqqında məlumatlı olun.

Müraciət etdiyiniz şirkət haqqında məlumata sahib olmaq müsahibə prosesində sizin şansınızı artıracaq. Beləliklə, nə istədiyini bilən və məqsədli namizəd olaraq yadda qalacaqsınız.

  1. Sizə referans verə biləcək insanlarla əlaqəni kəsməyin.

CV-də qeyd edə biləcəyiniz və ya müsahibə zamanı soruşulanda sizə referans ola biləcək insanların olması böyük üstünlükdür. 

Yuxarıdakı addımları izləyərək yeni iş axtarışınızda şansınızı artıra bilərsiniz. Mümkün qədər qısa müddətdə iş üçün müraciət etməyə başlamaq çox yaxşıdır, lakin iş axtarışınıza başlamaq üçün böyük bir hazırlıq görmək ruh düşkünlüyünün qarşısını almağa kömək edə bilər.

Oxşar yazılar