Hansı CV pis hazırlanmış CV-dir?

11 İyul 2020 5095

Bir CV-nin pis olmağına nələrin təsir etdiyini öyrənmək istəyirsinizsə məqaləmiz sizin üçündür.

CV hazırlayırsınız, bir çox iş üçün müraciət edirsiniz lakin cavab gəlmir. Bu bir çox səbədən qaynaqlana bilər lakin, ən azından CV-nizin pis olmamasından əmin olmaq üçün bəzi məqamlara baxaq.

Ümumi görünüş

Bir-birindən fərqli CV dizaynı, cədvəllərin qarışıqlığı, orfoqrafiya səhvləri kimi bir çox məqam da səliqəsiz hazırlanmış CV-nin göstəricilərindəndir. Bir işəgötürən üçün səliqəsiz hazırlanmış CV sahibi çox yaxşı təəssürat yaratmaya bilər. Digər tərəfdən, bu cür mənfi təəssürat müsahibəyə dəvət olunma ehtimalını azalda bilər. Bu səbəbdən, mütləq hazırladığınız CV formasını diqqət və qayğı ilə tərtib etməlisiniz.

Şəxsi məlumatlar

CV-də tam ünvanı, ailə vəziyyətini, dəstəklədiyi komandanı və ya sosial media hesablarını yazan bir çox insan var. Bu məlumatlar vacibdir? Təbii ki, xeyr. Əsas olan, HR mütəxəssislərinin birbaşa əlaqə qura biləcəyi telefonu və aktiv istifadə olunan elektron poçt ünvanını yazmaqdır.

Müraciət etmiş olduğunuz iş elanına uyğun olmayan hər hansı bir lazımsız məlumat göz yorucu ola bilər və bu vacib məlumatların arxa planda qalmasına səbəb olacaqdır. Buna görə kiçik ama mühüm məlumatlardan ibarət məzmun həmişə daha yaxşıdır.

Şəkillər

CV-də şəklin olması əhəmiyyətlidir? Bu sual ölkələrə və iş sektoruna görə dəyişir. Lakin şəkildən istifadə edəcəksinizsə rəsmi görünüşlü, öndən çəkilmiş və üzünüzü açıq şəkildə göstərən bir fotoşəkil ola bilər. Gündəlik həyatda dostlarınızla əyləndiyiniz bir mühitdə, kollektiv şəkildən kəsdiyiniz bir görüntünü CV-yə əlavə etməməlisiniz. 

İş təcrübəsi

Əgər CV-də işlədiyiniz şirkətlərin sadəcə adlarını qeyd edib, vəzifənizi və işə başlama-bitmə tarixlərinizi qeyd etməmisinizsə, bu CV-nin əskik olduğu mənasına daşıyır. Bu, uzun siyahılarda arxa plana düşməyinizə və müsahibə üçün çağırılmamağınıza səbəb ola bilər. 

Bundan əlavə, CV-də işdən çıxma səbəblərini yazmamalısınız. Xüsusi səbəblər, müdirlə yola getməmək və s. kimi çıxış səbəblərini bildirmək, işlədiyiniz yerdən problemli şəkildə ayrıldığınızı göstərəcəkdir.

Ayrıca, bilik və texniki bacarıqlarınızı CV-də yazmamaq, müsahibəyə çağırılma şansınızı azaldır. Mövcud texniki bacarıqlarınızı səviyyələrinə görə mütləq ön plana çıxarmalısınız.

Karyera keçmişimizdəki lazımsız detallar

Universitet dövründə işləmiş ola bilərsiniz. Bu, əlbəttə ki, təcrübə baxımından yaxşı bir şeydir, lakin bu məlumat gələcəkdə əhəmiyyətsiz bir detal olaraq qalır və CV-nizdə sadəcə yer tutur. Bundan əlavə, iş həyatınızın bir nöqtəsində karyeranıza yeni bir istiqamət vermiş ola bilərsiniz və ya birdən çox vəzifədə çalışmış ola bilərsiniz. Belə bir vəziyyətdə, irəliləməyi hədəflədiyiniz iş üçün keçmiş təcrübələrinizə müvafiq detalları daxil etməlisiniz.

Ayrıca iki ayrı iş üçün də müraciət edə bilərsiniz. Belə bir vəziyyətə hazır olmaq üçün mütləq alternativ CV hazırlamalı və ya CV-nizi redaktə edə biləcək formada daim saxlamalısınız.

Referans məlumatı

Sizin haqqınızda veilən referans məlumatlarını öncədən yazmaq əvəzinə, tələb olunan zaman qeyd etmək daha yaxşı olar. Çünki bu referansları verən şəxslərə sizdən xəbərsiz şəkildə zəng oluna bilər və arzuolunmaz nəticələr yarana bilər.


Oxşar yazılar