Tələbələr və yeni məzunlara iş axtarmaq üçün 4 tövsiyə

01 Avqust 2020 6424

Tələbələr və yeni məzunlar üçün iş axtarmaq üçün 4 tövsiyə


İş həyatına yeni addım atan gənclər adətən çətin bir prosesdən keçirlər. Şirkətlər təcrübəsi olmayan gəncləri işə götürməkdə tərəddüd edir. Bəs, yeni məzunlar bu mərhələni geridə qoymaq üçün üçün nələr etməlidir? Tələbə və yeni məzunlara iş axtarışında kömək ola biləcək tövsiyələrə baxaq.


Könüllülük proqramlarına qoşulun

İlk olaraq istədiyiniz sahəni müəyyənləşdirib araşdırmalara başlamalı və müvafiq təcrübə proqramlarına müraciət etməlisiniz. CV-nizdə könüllülük fəaliyyətinizin qeyd olunması gələcəkdə iş görüşmələri zamanı sizin xeyrinizə olacaqdır.


Universitet təcrübələrinizdən istifadə edin

Universitetə daxil olduqdan sonra sosial fəalliyyətlərə qatılmaqdan çəkinməyin. Dünyagörüşünüzü və intellektinizi daha da artıracaq, sizə yeni təcrübələr qazandıracaq seminarlara qoşulmaq və iştirakınızı təsdiq edən sənədlər əldə etmək sizin CV-niz üçün çox önəmlidir. Bu kimi təcrübələr işə və mühitə daha tez uyğunlaşmağınıza kömək edəcək və qarşılaşacağınız çətinlikləri minimuma endirəcək. Universitet həyatınızın sosial cəhətdən zəngin olmasına diqqət edin.


Bundan əlavə türkiyədə təhsil haqqında ətraflı məlumat almaq üçün keçid edin.


İnternetdən yararlanın

Günümüzdə texnologiyanın və internetin həyatımızdakı təsirini və rolunu bilirsiniz. Bu təsiri öz lehimizə çevirərək həyatımıza, inkişafımıza müsbət yöndə təsir etməsi üçün tətbiq etməliyik. Sosial media, xüsusilə, güclü biznes platforması olan Linkedin istifadə edərək özünüzü sosial və iş həyatınızı əks etdirən profil yaradın. Bu sizin əlaqələrinizin genişlənməsinə və mümkün iş imkanlarından daha tez xəbərdar olmağınıza kömək edəcəkdir.


Online təhsil platformalarında (məsələn: Coursera, Udemy) qeydiyyatdan keçərək ödənişli, yaxud ödənişsiz əsaslarla öz sahənizə uyğun dünyanın bir çox yerindən olan professional təlimçilər tərəfindən keçirilən dərslərə qoşula bilərsiniz. Bu sizin biliklərinizin daha da zənginləşməsinə, təlimin sonunda təmin olunacağınız sertifikatlar isə portfolionuzun zənginləşməsinə kömək olacaq.


Təcrübələr

Hara müraciət etməyimizdən asılı olmayaraq bizdən tələb olunan ilk şey təcrübədir. Mövcud təcrübə proqramlarından xəbərdar olmaq üçün daim saytımızı araşdırın və müraciət etmək üçün tərəddüd etməyin. Təcrübə keçərək öz sahənizin incəliklərini öyrənə, özünüzü daha da inkişaf etdirə bilərsiniz. Bu gələcəkdə bir çox qapıları sizin üzünüzə açacaqdır. Əsas odur ki, o qapıya çatmaq üçün bütün gücünüzü, potensialınızı sərf edin.

Oxşar yazılar