İşdən ayrılmaq qərarını necə verməli və ayrılmadan öncə nələrə diqqət etməli?

16 May 859

İşdən ayrılmaq qərarını necə verməli və ayrılmadan öncə nələrə diqqət etməli?

İşdən ayrılmaq tələskənliklə veriləcək bir qərar deyil. İş yerinizə xəbər verib, xəbərdarlıq müddətini istifadə etmədən əvvəl, aşağıdakı dörd əsas addımı nəzərdən keçirməyiniz vacibdir.

1. Niyə ayrılmaq istədiyinizi anlayın

İşdən ayrılmadan əvvəl, bu qərarı verməyinizə səbəb olan amilləri yaxşı anlamalısınız. Qararınıza təsir edən bütün faktorları müəyyən etmək olduqca vacibdir. Adətən, işçiləri bu qərarı almağa vadar edən bir çox səbəb olur. Buna görə yalnız bir səbəbə fokuslanmamalısınız. Niyə işdən ayrılmaq istədiyinizi anladıqdan sonra bunun hələ də doğru qərar olduğunu düşünürsünüzsə, ayrılmaq daha asan olacaq.

2. B Planınız olsun

İşdən ayrıldıqdan sonra atacağınız növbəti addım üçün bir plan hazırlamalısınız. Bir işdən ayrılıb yeni bir iş tapmaq hər zaman yeganə seçim deyil. Bəzən hər şeyə sıfırdan başlamaq lazım gələ bilər. Bu nöqtədə edə biləcəklərinizi yaxşı düşünməlisiniz. Əgər ümumiyyətlə iş yerinizdən razısınızsa, lakin karyeranız baxımından qərarsız qalmısınızsa, başqa bir bölməyə keçmək kimi seçimləri dəyərləndirə bilərsiniz. Menecerlər, çox vaxt işçilərinin işlərinə qarşı duyduqları hissləri fərqində olmaya bilərlər. Buna görə proaktiv olun və duyğularınızı izah edin.

3. Əskik tərəflərinizi müəyyən edin.

Bir planınız olduqda, onu reallaşdırmaq üçün nə etməyiniz lazım olduğunu düşünün. Hansı bacarıqları qazanmağınız lazımdır? Bu bacarıqları inkişaf etdirməyinizə kömək edəcək hansı təlimlərə qoşulmalısınız? Başlamağı planlaşdırdığınız yeni vəzifə, fərqli kurslar almağınızı tələb edəcəkmi? Bunları etmək üçün nə qədər zamana ehtiyacınız olacaq? Bu sualların cavablarını tapmaq, prosesi əhatəli bir şəkildə dəyərləndirməyinizi təmin edəcəkdir.

4. Büdcənizi dəyərləndirin

Sahib olduğunuz maddi vəsaiti hesablamadan işdən ayrılmaq əlbəttə ki, heç ağıllı qərar olmaz. Tez bir zamanda yeni bir iş tapacağınızın zəmanəti yoxdur. Ən azı üç ay boyunca gəlir axını olmadan özünüzü təmin edə biləcəksinizmi? Bu suala verəcəyiniz cavab çox önəmlidir, çünki maliyyə narahatlıqları yaşamaq sizə əlavə stres gətirəcəkdir. Bu səbəblə, dözülməz bir iş mühiti olmadığı müddətcə, yeni bir iş axtararkən maliyyə gücünü qorumaq önəmli faktordur.

Yeni iş imkanlarını kəşf etmək istəyirsinizsə, hellojob.az saytında sizin üçün uyğun iş elanlarını tapa bilərsiniz.

Mənbə: kariyer.net / forbes

Oxşar yazılar