11 gün iş olmayacaq - 2026 Mart (Novruz və Ramazan bayramı)

2026-cı ildə Novruz və Ramazan bayramları eyni günlərə təsadüf edəcək

Hellojob Hellojob
11 dekabr 2025 1 dəq oxu 39 958 baxış
11 gün iş olmayacaq - 2026 Mart (Novruz və Ramazan bayramı)

2026-cı ildə Novruz və Ramazan bayramları eyni günlərə təsadüf edəcək

Nazirlər Kabinetinin qərarına əsasən, gələn il Novruz və Ramazan bayramlarının tarixləri üst-üstə düşdüyü üçün mart ayında ümumilikdə 11 gün qeyri-iş günü olacaq.

Novruz bayramı 20, 21, 22, 23 və 24 mart tarixlərində qeyd olunur. 21 və 22 martın şənbə və bazara düşməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günü hesab ediləcək.

Ramazan bayramı isə 20 və 21 mart tarixlərinə təsadüf edir. Bayram günləri digər iş günü hesab olunmayan günlərlə üst-üstə düşdüyü üçün qanunvericiliyə əsasən növbəti iş günləri – 27 və 30 mart – da istirahət günü olacaq.

Beləliklə, 2026-cı ildə 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) olan 11 gün ardıcıl qeyri-iş günü olacaq.

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ