Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Mebel üzrə)

Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Mebel üzrə)

Kontakt Home
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    01 oktyabr 2026

  • Bitmə tarixi

    01 noyabr 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Sistem üzrə daxil olan sifarişlərin analizi, eləcə də kateqoriya, ərazi və icra tarixləri üzrə bölgülərin aparılması;
  • Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması;
  • Texniklərin, ustaların gündəlik olaraq ərazilər üzrə təyin olunması, həmçinin, işlərin kənar xidmət göstərən ustalara, briqadalara bölgü edilməsi;
  • Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi, zərurət yarandıqda müştərilərlə əlaqənin qurulması, məlumatların təqdim olunması;
  • Çatışmayan məlumatların daxil edilməsi üçün aidiyyəti üzrə yönləndirilməsi;
  • Təhvil verilmiş və icra olunmamış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması, sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi;
  • Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında sifarişlərə aid sənədlərin və məlumatların təqdim olunması;
  • Məhsul, avadanlıq və ehtiyat hissələrinin vaxtı-vaxtında sifarişi və qalığa nəzarət edilməsi, xammal ehtiyacının təhlili və müvafiq sifarişlərin formalaşdırılması;
  • Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli və aidiyyəti üzrə yönləndirilməsi, işlə bağlı yazışmaların aparılması;
  • Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət eyni zamanda nəqliyyat vasitələr üçün lazımi sənədlərin ( etibarnamə, yol vərəqəsi və s.) hazırlanması üçün müraciətlərin göndərilməsi;
  • Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, hesabatların hazırlanlanıb, təqdim olunması.

Tələblər

Tələblər:

  • Ali təhsil(İqtisadi, İdarəetmə, texniki sahələr üzrə arzu olunandır);
  • Səlis azərbaycan dili, rus dili biliyi arzuolunandır;
  • Müvafiq sahədə minimum 1 il təcrübəsi;
  • Xidmət ərazilərini yaxşı tanıması;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Riyazi və məntiqi biliklər;
  • Analitik düşüncə, təhliletmə qabiliyyəti;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq;
  • Sərbəst qərar verə bilmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox