Şəki Regional İnkassasiya Mərkəzi üzrə Kassir-İnkassator

Şəki Regional İnkassasiya Mərkəzi üzrə Kassir-İnkassator

Kapital Bank
  • Şəhər

    Xaçmaz, Şəki filialı,

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    12 avqust 2026

  • Bitmə tarixi

    25 avqust 2026

Şəki üzrə nağd vəsaitlərin qəbulu, sayılması və çeşidlənməsində iştirak edəcək, terminalların və bankomatların inkassasiyasını həyata keçirəcək, nağd pul və digər qiymətlilərin təhlükəsiz daşınmasını təmin edəcək Kassir-inkassator axtarırıq.

+ ' ' +
  • Orta və ya ali təhsil;
  • Azərbaycan dilini yaxşı səviyyədə bilmək;
  • B və C kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmaq;
  • Həqiqi hərbi xidmət keçmiş olmaq;
  • Silahdan istifadə qaydalarını bilmək və müvafiq bacarıqlara malik olmaq;
  • İşin xüsusiyyətlərinə uyğun fiziki və psixoloji sağlamlıq vəziyyətinə malik olmaq;
  • Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması, onların qorunması, təhlükəsiz daşınması və bankomatların inkassasiyası üzrə qaydaları bilmək və onlara riayət etmək;
  • Komandada işləmək bacarığı;
  • Gəncə şəhərində və ya yaxın ərazilərdə yaşamaq;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq, təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
+ ' ' +
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.
+ ' ' +
  • Müəyyən olunmuş marşrutlar üzrə terminalların və bankomatların inkassasiyasını həyata keçirmək, nağd pul və digər qiymətlilərin toplanmasını və təhlükəsiz daşınmasını təmin etmək;
  • Mədaxil olunan nağd vəsaitlərin qəbulunda, sayılmasında və çeşidlənməsində iştirak etmək;
  • Nağd vəsaitlərin kassetlər vasitəsilə toplanmasını və müəyyən olunmuş qaydada təhvil verilməsini həyata keçirmək;
  • İnkassasiya zamanı terminal və bankomatlara ilkin texniki baxış keçirmək, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə səlahiyyətləri çərçivəsində dəstək göstərmək;
  • Bankomatlara texniki xidmət göstərilməsi zamanı prosesə nəzarət etmək və təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
  • Nağd pul və digər qiymətlilərin xüsusi zirehli avtomobillərlə təhlükəsizlik qaydalarına uyğun daşınmasını təmin etmək;
  • Marşrut boyunca müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət etmək;
  • Fövqəladə və riskli hallar zamanı nağd pul və digər qiymətlilərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
  • Fəaliyyət istiqaməti üzrə daxili qayda, prosedur və təlimatların tələblərinə uyğun digər funksiyaları yerinə yetirmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalardan bildiriş al

Şəki Regional İnkassasiya Mərkəzi üzrə Kassir-İnkassator vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox