−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Yeni

İT Təhlükəsizliyi Departamentinin, Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis

26 noyabr 2026 90 baxış

Vakansiya haqqında

Təsvir

"Rabitəbank" ASC İT Təhlükəsizliyi Departamentinin Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:

  • Kart və rəqəmsal kanallar üzrə əməliyyatların fırıldaqçılığa qarşı monitorinq sistemlərində real vaxt rejimində fasiləsiz izlənilməsi;
  • Sistemlər tərəfindən yaradılan siqnalların operativ təhlili, təsnifatı və müəyyən edilmiş müddətlərdə emal edilməsi;
  • Şübhəli əməliyyatlar üzrə müştəri ilə dərhal əlaqə saxlanılması, əməliyyatın təsdiqlənməsi və ya kartın/girişin bloklanması üzrə prosedurların icrası;
  • Müştərilərin fırıldaqçılıq hallarına dair təcili müraciətlərinin (o cümlədən gecə saatlarında və qeyri-iş günlərində) qəbulu və ilkin araşdırılması;
  • Fırıldaqçılıq halları üzrə insidentlərin idarə edilməsi sistemində qeydiyyatın aparılması və sənədləşdirilməsi;
  • Kritik hallar üzrə şöbə rəhbərliyinə və aidiyyəti struktur bölmələrə müəyyən edilmiş qaydada eskalasiya;
  • Növbənin qəbulu və təhvili zamanı açıq hallar, bloklar və davam edən araşdırmalar barədə məlumatın ötürülməsi;
  • Ödəniş sistemlərinin və prosessinq mərkəzinin fırıldaqçılığa qarşı mübarizə alətləri üzrə əməliyyat işlərinin icrası;
  • Fırıldaqçılığa qarşı qaydaların işləməsinin izlənilməsi, yanlış müsbət hallar barədə məlumatların toplanması;
  • Növbə üzrə gündəlik hesabatların hazırlanması;
  • Yeni fırıldaqçılıq sxemləri barədə müşahidələrin şöbə daxilində paylaşılması.


Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, maliyyə, riyaziyyat və ya iqtisadiyyat üzrə üstünlük verilir);
  • İnformasiya təhlükəsizliyi, fırıldaqçılığa qarşı mübarizə, bank əməliyyatları və ya çağrı mərkəzi sahəsində 1 ilədək iş təcrübəsi; təcrübəsi olmayan, lakin sahə üzrə müvafiq nəzəri biliklərə malik namizədlərə də baxılır;
  • Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
  • Kart ödəniş sistemlərinin iş prinsipləri barədə ümumi biliklər;
  • Fırıldaqçılıq sxemləri (sosial mühəndislik, fişinq, hesabın ələ keçirilməsi, kart məlumatlarının oğurlanması) barədə məlumatlılıq;
  • SQL üzrə təməl biliklər üstünlükdür;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik düşüncə, diqqətlilik, məsuliyyətlilik və operativlik;
  • Stresli və yüksək iş həcmi şəraitində sürətli və düzgün qərar qəbul edə bilmək;
  • Müştəri ilə telefon vasitəsilə nəzakətli və aydın ünsiyyət qurmaq bacarığı;
  • Növbəli iş rejimində, o cümlədən gecə növbələrində, bayram və qeyri-iş günlərində işləməyə hazır olmaq;
  • Məxfiliyin qorunması üzrə tələblərə ciddi riayət;
  • Komandada işləmək bacarığı.

İş rejimi:

Növbəli iş qrafiki — fasiləsiz (24/7), o cümlədən gecə saatlarında, bayram, istirahət və digər qeyri-iş günlərində. Növbə qrafiki Bankın daxili qaydalarına və Əmək Məcəlləsinin tələblərinə uyğun müəyyən edilir.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Rabitəbank ASC — Kiçik mütəxəssis vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

Rabitəbankın kiçik mütəxəssis vakansiyası üzrə iş Bakıda yerləşir. Bu vakansiyada iş rejimi növbəli qrafikdir.

Son müraciət tarixi nədir?

Rabitəbankın kiçik mütəxəssis vakansiyasına son müraciət tarixi 26 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

Rabitəbankın kiçik mütəxəssis vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

Rabitəbankın kiçik mütəxəssis vakansiyasında informasiya təhlükəsizliyi, fırıldaqçılığa qarşı mübarizə, bank əməliyyatları və ya çağrı mərkəzi sahəsində 1 ilədək iş təcrübəsi nəzərdə tutulur. Təcrübəsi olmayan, lakin müvafiq nəzəri biliklərə malik namizədlərə də baxılır.

Namizəddən hansı bacarıqlar tələb olunur?

Rabitəbankın kiçik mütəxəssis vakansiyasında namizəddən Azərbaycan, rus və ingilis (texniki) dillərini yaxşı bilmək, kart ödəniş sistemləri və fırıldaqçılıq sxemləri barədə bilik, MS Office bilikləri, analitik düşüncə, diqqətlilik, stresli şəraitdə qərar qəbul etmək və telefonla müştəri ilə aydın ünsiyyət bacarığı tələb olunur. SQL üzrə təməl biliklər üstünlükdür.

Təhsil tələbi varmı?

Rabitəbankın kiçik mütəxəssis vakansiyasında ali təhsil tələb olunur. İnformasiya texnologiyaları, maliyyə, riyaziyyat və ya iqtisadiyyat üzrə təhsilə üstünlük verilir.

İş qrafiki necədir?

Rabitəbankın kiçik mütəxəssis vakansiyasında iş fasiləsiz (24/7) növbəli qrafiklə təşkil olunur, o cümlədən gecə saatlarında, bayram və qeyri-iş günlərində. Növbə qrafiki bankın daxili qaydalarına və Əmək Məcəlləsinin tələblərinə uyğun müəyyən edilir.

Təcrübəsiz müraciət etmək olarmı?

Bəli, Rabitəbankın kiçik mütəxəssis vakansiyasına təcrübəsiz də müraciət etmək olar. Təcrübəsi olmayan, lakin sahə üzrə müvafiq nəzəri biliklərə malik namizədlərə də baxılır.

İşçilərə hansı üstünlüklər təklif olunur?

Rabitəbank kiçik mütəxəssis vakansiyasında uğurlu karyera qurmaq və peşəkar komandada şəxsi inkişaf imkanı təklif edir.

Gələcək İT Təhlükəsizliyi Departamentinin, Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

28

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ