−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
PREMİUM Yeni

Satış üzrə böyük mütəxəssis

24 noyabr 2026 89 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Təhsil Bakalavr
  • Təcrübə 3 ildən 5 ilə qədər
  • Bitmə tarixi 29 dekabr 2026 35 gün qalıb
  • Ünvan Bakı, Caspian Plaza Xəritədə bax

Vakansiya haqqında

Satış üzrə Böyük Mütəxəssis (satış komanda rəhbəri perspektivi ilə)

BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur. Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir.

Bu rolda əsas məqsəd BDA-nın təlim proqramlarına müraciət edən namizədləri doğru proqrama yönləndirmək və satışa çevirmək, B2C və B2B satış nəticələrini yüksəltmək, zamanla isə satış komandasının inkişafına öz nümunəsi ilə töhfə verməkdir.

Biz müştəri ilə işləməyi yaxşı bilən, satışı özü nəticəyə çatdıran, nizam-intizamlı və inkişafa açıq bir satış mütəxəssisi axtarırıq. Nəticələrinə görə bu şəxsə komanda rəhbəri vəzifəsinə yüksəlmək imkanı verilə bilər.

Əsas vəzifələr:

  • Müraciət edən namizədlərlə zəng və yazışma vasitəsilə əlaqə qurmaq, onları fərdi konsultasiyaya dəvət etmək;
  • Konsultasiya zamanı namizədin məqsəd və ehtiyaclarını müəyyənləşdirmək, ona uyğun təlim proqramını təqdim etmək və satışı nəticəyə çatdırmaq;
  • Qərar verməkdə tərəddüd edən müştərilərlə davamlı əlaqə saxlamaq və satış prosesini sonadək idarə etmək;
  • B2B istiqamətində korporativ müştərilərlə görüşlərdə, təqdimatlarda və danışıqlarda iştirak etmək;
  • Həssas və mübahisəli hallarda müştəri məmnuniyyətini və şirkətin maraqlarını balanslı şəkildə qoruyan həll yolları tapmaq;
  • CRM-də qeydləri düzgün aparmaq, satış göstəricilərini izləmək və aylıq hədəflərə çatmaq;
  • Satış skriptlərinin və standartlarının təkmilləşdirilməsinə öz təcrübəsi ilə töhfə vermək, yeni əməkdaşların adaptasiyasına dəstək olmaq.

Namizəddən gözləntilərimiz:

  • Fərdi müştərilərlə satış sahəsində minimum 4 il təcrübə;
  • Rəqəmlərlə ifadə olunan real satış nəticələri;
  • Təhsil və ya xidmət sektorunda, konsultasiya əsaslı satışda təcrübə üstünlükdür;
  • Komanda idarəetməsi və ya mentorluq təcrübəsi üstünlükdür;
  • Güclü şifahi və yazılı kommunikasiya, aydın və savadlı nitq, fərqli müştəri profilləri ilə professional münasibət qurmaq bacarığı;
  • Peşəkar görünüş və təqdimat bacarığı;
  • Satış göstəriciləri ilə işləmək bacarığı: konversiya, CRM;
  • Rus dili biliyi üstünlükdür;
  • Yüksək məsuliyyət, nizam-intizam, komanda qaydalarına hörmət və nəticəyönümlülük.

Bu rolda bizə müştəri ilə işləməyi, onu dinləməyi və doğru qərara yönləndirməyi bacaran, satışı özü nəticəyə çatdıran və zamanla komandasını öz nümunəsi ilə gücləndirəcək bir satış mütəxəssisi lazımdır.

Maraqlanan namizədlərdən müraciətlərini “Senior Satış Mütəxəssisi | Ad Soyad” mövzu başlığı ilə, mail mətnində aşağıdakı 3 bəndə cavablarını qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər:

  1. Son işinizdə nə satırdınız? Ayda təxminən neçə müştəri ilə danışırdınız və onlardan neçəsi satışla nəticələnirdi?
  2. Əvvəlcə almaq istəməyən, amma sonda satın alan bir müştərinizi xatırlayın: o nə dedi və siz nə etdiniz?
  3. Arzu etdiyiniz əmək haqqının minimum və maksimum aralığı.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

İş yeri xəritədə

Bakı, Caspian Plaza

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi elanda göstərilən e-poçt ünvanına göndərin.

E-poçt göstər

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Baku Design Academy — Satış üzrə böyük mütəxəssis vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasında maaş elanda göstərilməyib. Namizəddən müraciət zamanı arzu etdiyi əmək haqqının minimum və maksimum aralığını yazması istənilir.

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyası üzrə iş Bakıda, Caspian Plaza ünvanında yerləşir. İş rejimi tam ştatdır.

Son müraciət tarixi nədir?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasına müraciət üçün son tarix 29 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasına müraciət etmək üçün CV elanda göstərilən e-poçt ünvanına göndərilir. Məktubun mövzusu “Senior Satış Mütəxəssisi | Ad Soyad” olmalıdır, mətndə isə elanda verilən 3 sualın cavabı yazılmalıdır.

Neçə il iş təcrübəsi tələb olunur?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasında 3 ildən 5 ilə qədər iş təcrübəsi tələb olunur. Elanın mətnində fərdi müştərilərlə satış sahəsində minimum 4 il təcrübə gözlənilir.

Namizəddən hansı bacarıqlar tələb olunur?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasında namizəddən rəqəmlərlə ifadə olunan real satış nəticələri, güclü şifahi və yazılı kommunikasiya, peşəkar təqdimat bacarığı, konversiya və CRM ilə işləmək bacarığı gözlənilir. Yüksək məsuliyyət, nizam-intizam və nəticəyönümlülük də vacibdir. Rus dili biliyi, təhsil və ya xidmət sektorunda təcrübə, komanda idarəetməsi və ya mentorluq təcrübəsi üstünlükdür.

Təhsil tələbi varmı?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasında namizəddən bakalavr təhsili tələb olunur.

İş qrafiki necədir?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasında iş rejimi tam ştatdır. Elanda daha ətraflı iş saatları göstərilməyib.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasında ən azı 3 il iş təcrübəsi tələb olunur.

İşçilərə hansı üstünlüklər təklif olunur?

Baku Design Academy-nin satış üzrə böyük mütəxəssis vakansiyasında nəticələrə görə komanda rəhbəri vəzifəsinə yüksəlmək imkanı verilə bilər. Elanda digər üstünlüklər göstərilməyib.

Gələcək Satış üzrə böyük mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ