Vakansiya haqqında
Şöbə: Korporativ satış və tender
Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Satış və marketinq direktoru
Tələblər:
- Ali təhsil
- Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilləri arzuolunandır
- Kompüter bilikləri: MS Office, 1C/ERP, e-poçt və onlayn platformalar
- Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi
Vəzifə öhdəlikləri:
Müştəri və satış fəaliyyəti
- Potensial və mövcud korporativ müştərilərlə əlaqə yaratmaq və şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək
- Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək
- Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq
- Müştəri şikayətlərinin operativ və effektiv həllini təmin etmək
Müqavilə və maliyyə sənədlərinin idarə olunması
- Şirkətdaxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək
- Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək
- Ödəniş sənədlərinin hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək
- Müştəri borclarına və anbar qalığına daimi nəzarət etmək
Analitik və strateji fəaliyyət
- Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün birbaşa rəhbərə hesabatlar təqdim etmək
- Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək
- Vəzifə üzrə tələb olunan bilikləri daim artırmaq, şirkətin təlim proqramlarında iştirak etmək
Daxili qaydalar və etik prinsiplər
- Müştərinin tələb etdiyi məhsul stokda olmadıqda ehtiyaca uyğun alternativ təkliflər hazırlamaq
- Şirkətin müəyyən etdiyi dress-code qaydalarına riayət etmək
- Şirkətə məxsus kommersiya və müştəri məlumatlarının məxfiliyini qorumaq
Açar bacarıqlar:
- Strateji və analitik düşüncə – bazar proseslərini dərindən təhlil etmək
- Korporativ satış və danışıqlar – yüksək səviyyədə təqdimat, müzakirə və razılaşma bacarığı
- Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq
- Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək
- Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək
Təklif olunur:
- Ofis: Dərnəgül, Ziya Bünyadov pr. 2071
- 5 günlük iş qrafiki, 09:00–18:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaq (bonus – şəxsi və komanda hədəfi ilə)
- B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır
CV-lərinizi "Korporativ satış üzrə menecer" başlığı ilə cv@santral.az ünvanına göndərməyiniz xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!