PREMİUM Yeni

Satış təmsilçisi

16 noyabr 2026 33 baxış

Vakansiya haqqında

Beautech — kosmetika və şəxsi qulluq məhsullarının idxalı, distribusiyası və pərakəndə satışı ilə məşğul olan şirkətdir.

Şirkətimiz The Ceel, Becot Beaute, O.two.o Cosmetics və digər beynəlxalq brendlərlə çalışır, məhsullarını Azərbaycanın aparıcı kosmetika mağazaları şəbəkələrində və müstəqil satış nöqtələrində təqdim edir.

Satış komandamızı gücləndirmək üçün kosmetika bazarında təcrübəli və nəticəyönümlü Topdan Satış Nümayəndəsi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Bakı və ətraf ərazilərdə kosmetika mağazaları, parfümeriyalar və digər satış nöqtələri ilə aktiv əməkdaşlığın qurulması;

  • Yeni müştərilərin cəlb edilməsi və satış şəbəkəsinin genişləndirilməsi;

  • Mövcud müştərilərin idarə edilməsi, sifarişlərin toplanması və satış həcminin artırılması;

  • Satış nöqtələrinə müntəzəm səfərlərin həyata keçirilməsi;

  • Məhsul çeşidlərinin müştərilərə təqdim edilməsi və yeni məhsulların satış nöqtələrinə daxil edilməsi;

  • Rəqib brendlərin, bazar qiymətlərinin və satış imkanlarının izlənilməsi;

  • Debitor borclarının izlənilməsi və ödənişlərin vaxtında təmin edilməsində iştirak;

  • Aylıq satış hədəflərinin yerinə yetirilməsi və rəhbərliyə hesabatların təqdim olunması.

  • Rəhbərlik tərəfindən tələb olunan müvafiq dövrlərə aid hesabatların hazırlanması.

Namizədə tələblər

  • Kosmetika, parfümeriya və ya FMCG sahəsində topdan satış üzrə minimum 2 il iş təcrübəsi;

  • Xanım Namizədlərə üstünlük verilir;

  • Bakı kosmetika bazarını və satış nöqtələrini yaxşı tanımaq;

  • Yeni müştərilərin cəlb edilməsi və danışıqlar aparılması bacarığı;

  • Satış planları ilə işləmək və nəticəyə fokuslanmaq;

  • Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı;

  • Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq;

  • Şəxsi avtomobilin olması üstünlükdür.

Kosmetika sahəsində formalaşmış müştəri əlaqələri və aktiv topdan satış təcrübəsi olan namizədlərə xüsusi üstünlük veriləcək.

Biz nə təklif edirik?

  • Rəqabətli əməkhaqqı: Razılaşma yolu ilə ilə stabil maaş və satışdan bonus ( 1000 AZN - 2500 AZN aralığında ümumi gəlir)

  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • Satış nəticələrinə uyğun əlavə qazanc imkanı;

  • Beynəlxalq kosmetika brendləri ilə işləmək fürsəti;

  • Geniş məhsul portfeli və mövcud satış infrastrukturu;

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;

  • Uzunmüddətli və stabil əməkdaşlıq;

  • Performansa əsaslanan şəffaf qiymətləndirmə sistemi.

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini “Satış Mütəxəssisi” başlığı ilə şirkətimizin işə qəbul əlaqə vasitəsinə göndərə bilərlər.

Satışda nəticə yaradan peşəkarları komandamıza dəvət edirik!

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

İş yeri xəritədə

Bakı, 245 Həsən Əliyev Küçəsi

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Satış təmsilçisi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ