Vakansiya haqqında
1 gündən 1 iş rejimi — 15 gün iş, 15 gün istirahət!
“ZULEYKHA Accessories” moda və satış sahəsində peşəkar təcrübə qazanmaq, müasir və zövqlü mühitdə çalışmaq istəyən ciddi və məqsədyönlü xanımları komandasına dəvət edir.
Yerləşmə: Crescent Mall
Vəzifə öhdəlikləri:
- Müştərilərlə nəzakətli və güvənə əsaslanan ünsiyyət qurmaq
- Brend məhsulları və onların xüsusiyyətləri haqda ətraflı və dolğun məlumat təqdim etmək
- Satış prosesini düzgün və səmərəli şəkildə həyata keçirmək
Namizədə tələblər:
- Satış və ya müştəri xidməti sahəsində işləmək istəyi
- Baxımlı görünüş və yüksək təqdimat qabiliyyəti
- Satış bacarığı
- Azərbaycan dilində səlis ünsiyyət
- Rus dili bilikləri (ingilis dili üstünlükdür)
Şirkət təklif edir:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Maaş: 700–1500 AZN və daha yüksək (bonuslarda məhdudiyyət yoxdur, performans və satışa bağlıdır)
- Bonus və mükafatlandırma sistemi
- Vəzifə yüksəlişi və karyera artımı imkanları
- Müasir satış texnikaları üzrə mütəxəssislərin təlimləri və əlavə ödənişsiz şirkətdaxili təlimlər
- Müştəri xidməti və müştəri psixologiyası üzrə dəyərli təcrübə
- Hörmət və dəstəyə əsaslanan pozitiv komanda atmosferi
- Özünüifadə və təqdimat bacarıqlarının inkişafı
- Stil və moda dünyasını yaxından tanımaq imkanı
- Zövqlə dizayn edilmiş müasir iş mühiti
Tel: 055-946-80-22
E-mail: shopzuleykha@gmail.com
Müraciət üçün şəkilli CV və özünüz haqda qısa təqdimat göndərmək mütləqdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!