Vakansiya haqqında
"Tedroid" texnologiya mediası olaraq komandamızı genişləndirməyə davam edirik!
Belə ki, komandamıza "məzmun meneceri" olaraq qatılacaq təcrübəli və yaradıcı şəxslər axtarışındayıq. Məzmun meneceri kimi, sizlərdən tələb edəcəyimiz detallar veb-sayt üçün aydın, qrammatik cəhətdən düzgün və auditoriyanı cəlb edən məzmunlar (xəbərlər) yazmaq, o cümlədən video və sosial media üçün maraqlı məzmunları tərtib etmək olacaq.
Texnoloji sahədə yenilikləri yaxından izləyən və bu sahədə təcrübəyə malik, azad bir şəkildə işləməyi bacaran, tələb olunan tapşırıqların vaxtı-vaxtında qrafikə uyğun öhdəsindən gəlməyi bacarmaqda özünə güvənən şəxslər müraciət et düyməsinə klik edərək öz CV-lərini göndərə bilərlər.
Əməkhaqqı: Razılaşma əsasında
Namizədə tələblər:- Azərbaycan dili biliyi: Mükəmməl
- Xarici dil biliyi: Arzuolunandır (terminlərin və cümlələrin doğru tərcümə edilməsini bacarmalıdır)
- İş mühiti: Prosesləri idarə edə biləcəyi təqdirdə "Remote (Onlayn)"
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!