Vakansiya haqqında
Məktəblilər üçün təşkil etdiyimiz beynəlxalq olimpiadaların tanıtımına rəhbərlik edəcək marketinq meneceri axtarırıq. Bu vəzifədə siz hər kampaniyanın ideyasını və məzmununu hazırlayacaq, çəkilişlərə rəhbərlik edəcək, satış komandası ilə birlikdə müraciətlərin ödənişli qeydiyyata çevrilməsini izləyəcəksiniz.
Əsas vəzifələriniz
Kontent və çəkilişlər
- Hər olimpiada üzrə aylıq kontent planını hazırlamaq, çəkiləcək videoların mövzularını və yaradıcı ideyalarını müəyyən etmək.
- Post və reklam mətnlərini, Reels və hekayə ssenarilərini, müsahibə suallarını şəxsən hazırlamaq.
- Çəkilişdən əvvəl məkanı, iştirakçıları və lazım olan kadrları planlaşdırmaq. Çəkiliş zamanı komandanı yönləndirmək, müsahibələri və əsas kadrların çəkilməsini izləmək.
- Dizaynerə və montajçıya konkret tapşırıqlar vermək, hazır materiallara düzəliş etmək və paylaşılacaq son versiyanı təsdiqləmək.
Reklam və kampaniyalar
- Hər olimpiada üçün auditoriyanı, qeydiyyat hədəfini, reklam büdcəsini və kampaniya təqvimini müəyyən etmək.
- Meta Ads Manager-də reklamları idarə etmək, fərqli video və mətnləri sınaqdan keçirmək, büdcəni ödənişli qeydiyyat nəticələrinə əsasən bölüşdürmək.
- Məktəblər və müəllimlər üçün paylaşmağa hazır tanıtım materialları hazırlamaq.
Satış komandası ilə iş və nəzarət
- Hər kampaniyadan əvvəl satış komandasını yarışın şərtləri, əsas mesajları və valideynlərin ehtimal olunan sualları üzrə məlumatlandırmaq.
- Reklamdan gələn müraciətlərin satış əməkdaşları arasında bölüşdürülməsinə, vaxtında cavablandırılmasına və nəticələrin sistemdə qeyd olunmasına gündəlik nəzarət etmək.
- Yazışma və zəng nümunələrini nəzərdən keçirmək, təkrar əlaqə tələb edən müraciətləri izləmək, əməkdaşlara konkret rəy vermək.
- Satış komandası ilə həftəlik nəticələri təhlil etmək. Valideynlərin tez-tez verdiyi sualları yeni videolara, reklam mətnlərinə və satış skriptlərinə çevirmək.
- Rəhbərliyə reklam xərci, müraciət sayı, ödənişli qeydiyyat sayı və bir ödənişli qeydiyyatın dəyəri üzrə qısa hesabat təqdim etmək.
Sizdən gözləntilərimiz
- Rəqəmsal marketinq, kontent planlaşdırılması və reklam kampaniyalarının idarə edilməsində praktiki təcrübə.
- Azərbaycan dilində aydın və yaradıcı yazmaq, ideyanı çəkiliş üçün hazır ssenariyə çevirmək bacarığı.
- Çəkiliş meydançasında komandanı yönləndirmək, tapşırıqların keyfiyyətinə və icra müddətinə nəzarət etmək bacarığı.
- Meta Ads Manager, Excel və ya Google Sheets ilə işləmək, satış göstəricilərini təhlil etmək bacarığı.
- Təhsil, tədbir və ya qeydiyyat əsaslı layihələrdə iş təcrübəsi üstünlükdür.
İş qrafiki və bonus
- İş günləri və saatları: Bazar ertəsindən şənbəyədək, saat 10:00-dan 18:00-dək.
- Bonus: Komanda müəyyən edilmiş hədəflərə çatdıqda əməkhaqqına əlavə bonus ödənilir.
Müraciət
CV-nizi, Müraciətin əvvəlində “Marketinq meneceri” yazmağınızı xahiş edirik
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!