Vakansiya haqqında
Vəzifə
– Şirkətin ümumi marketinq və B2B satış strategiyasının hazırlanması, tətbiqi və optimallaşdırılması;
– Yeni müştərilərin cəlb edilməsi (Lead Generation): Rəqəmsal kanallar və birbaşa B2B kommunikasiya vasitəsilə yeni potensial müştəri bazasının formalaşdırılması;
– B2B satış və korporativ əlaqələr: Potensial korporativ tərəfdaşlarla ilk kontaktın qurulması, kommersiya təkliflərinin təqdim olunması və danışıqların aparılması;
– Brendin bazardakı mövqeyinin gücləndirilməsi, tanınma səviyyəsinin və nüfuzunun artırılması;
– Sosial media platformalarının idarə olunması və satışa hədəflənmiş effektiv kontent strategiyasının hazırlanması;
– Meta Ads və Google Ads reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi, optimallaşdırılması və konversiya (satışa çevrilmə) dərəcəsinin artırılması;
– Reklam büdcəsinin effektiv idarə olunması, ROI və CAC (müştərinin cəlb edilmə dəyəri) göstəricilərinin izlənilməsi;
– Yeni kolleksiyaların, məhsulların, xidmətlərin və aksiyaların B2B/B2C təqdimat konsepsiyalarının hazırlanması;
– Foto/video çəkilişlərin və kreativ media layihələrinin təşkili, kadrların koordinasiyası;
– Hədəf auditoriyasının, rəqiblərin və bazar tendensiyalarının mütəmadi analizi.
Tələblər
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Google Ads, Google Analytics, Meta Ads və digər rəqəmsal marketinq alətləri ilə işləmək bacarığı;
- Marketinq planlaşdırılması və layihələrin idarə edilməsi üzrə təcrübə;
- Analitik düşüncə və nəticəyönümlü yanaşma;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı;
- Kreativ düşüncə, təşəbbüskarlıq və məsuliyyətlilik;
- Komandada işləmək və müstəqil qərarlar qəbul etmək bacarığı;
- Vaxtın səmərəli idarə olunması və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
Vakansiya üzrə tələblərə cavab verən namizədlər mövzu yerində “Marketinq” yazmaqla asedzade@aik-az.com mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!