Vakansiya haqqında
Bir ekosistemində məhsulların marketinq strategiyasını formalaşdıracaq, bazar imkanlarını müəyyən edəcək və müştəri ilə məhsul arasında effektiv kommunikasiya quracaq Product Marketing mütəxəssisi axtarırıq.
- Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi.
- Product Marketing, Strategic Marketing, CRM/CVM, Growth Marketing və ya əlaqəli sahələr üzrə iş təcrübəsinə üstünlük verilir.
- Güclü analitik düşünmə və məlumatlara əsaslanan qərarvermə (Data-driven Decision Making) bacarıqları.
- Müştəri, kampaniya və biznes performansını təhlil etmək, əldə olunan nəticələri praktik təşəbbüslərə çevirmək bacarığı.
- Müştəri seqmentasiyası, məhsulun mövqeləndirilməsi (Product Positioning), dəyər təklifi (Value Proposition), müştəri səyahəti (Customer Journey) və GTM prinsipləri haqqında anlayış.
- Marketinq kanalları və kampaniya mexanikaları haqqında biliklər.
- A/B testləri, fərdiləşdirmə (Personalization) və müştəri həyat dövrü marketinqi (Customer Lifecycle Marketing) üzrə biliklərə üstünlük verilir.
- Güclü kommunikasiya, təqdimat və maraqlı tərəflərlə münasibətlərin idarə edilməsi (Stakeholder Management) bacarıqları.
- Müxtəlif funksional komandalarla effektiv əməkdaşlıq etmək bacarığı.
- Güclü təşkilatçılıq və layihələrin idarə edilməsi bacarıqları, eyni zamanda bir neçə təşəbbüsü idarə etmək qabiliyyəti.
- Müştəriyönümlü və kommersiya nəticələrinə fokuslanan düşüncə tərzi.
- Proaktiv yanaşma, məsuliyyəti üzərinə götürmək (Ownership) və güclü problem həll etmə bacarıqları.
- MS Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; ingilis və/və ya rus dili bilikləri üstünlükdür.
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
- Bazar, müştəri, trendlər və rəqiblər üzrə təhlillər aparmaq.
- Keyfiyyət və kəmiyyət araşdırmaları vasitəsilə müştərilərin ehtiyaclarını, qarşılaşdıqları çətinlikləri (pain points), davranışlarını və gözləntilərini müəyyən etmək.
- Müştəri seqmentlərini, personaları (buyer personas), dəyər təkliflərini (value propositions) və məhsulun bazarda mövqeləndirilməsini (product positioning) formalaşdırmaq.
- Müxtəlif müştəri seqmentləri üçün aydın məhsul mesajları və kommunikasiya çərçivələri hazırlamaq.
- Yeni məhsullar, funksionallıqlar və kampaniyalar üçün məhsul marketinqi strategiyalarını və bazara çıxış (Go-to-Market — GTM) planlarını hazırlamaq və həyata keçirmək.
- Məhsulun bazara çıxarılması prosesini planlaşdırma mərhələsindən başlayaraq lansmandan sonrakı performansın qiymətləndirilməsinədək idarə etmək.
- Müştəri səyahətini (Customer Journey) təhlil etmək və məhsul haqqında məlumatlılığın (Awareness), nəzərdən keçirilmənin (Consideration), aktivləşmənin (Activation), istifadənin (Usage) və müştəri saxlanmasının (Retention) artırılması imkanlarını müəyyən etmək.
- Ən effektiv kommunikasiya kanallarını seçmək.
- A/B testləri, seqmentləşdirilmiş kampaniyalar, trigger əsaslı və fərdiləşdirilmiş kommunikasiya ssenarilərini hazırlamaq və effektivliyini qiymətləndirmək.
- Məhsuldan istifadənin, müştəri aktivliyinin (Engagement), saxlanmasının (Retention), loyallığının və çarpaz satış (Cross-sell) imkanlarının artırılmasına yönəlmiş təşəbbüslər hazırlamaq.
- Kampaniya və məhsul marketinqi üzrə əsas performans göstəricilərini (KPI) mütəmadi təhlil etmək.
- Əldə olunan nəticələr əsasında kommunikasiyaları, kampaniyaları və müştəri səyahətlərini davamlı optimallaşdırmaq.
- Bütün müvafiq funksional komandalarla sıx əməkdaşlıq etmək.
- Məhsulun funksional və texniki imkanlarını müştəri üçün aydın faydalara və marketinq mesajlarına çevirmək.
- Müştəri və bazar rəylərini toplamaq, məhsulun təkmilləşdirilməsi üçün Product komandalarına praktik təkliflər və tövsiyələr təqdim etmək.
- Bütün müştəri təmas nöqtələrində (Customer Touchpoints) məhsulun mövqeləndirilməsi və kommunikasiya mesajlarının ardıcıllığını və vahidliyini təmin etmək.
- Bazar və sektor trendlərini, yeni müştəri davranışlarını və qabaqcıl təcrübələri (Best Practices) izləmək, yeni inkişaf və böyümə imkanlarını müəyyən etmək.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!