Vakansiya haqqında
Təsvir
- Məhsullar haqqında məlumatları etibarlı mənbələrdən toplayıb yoxlamaq, sayta, marketplace`lərdə və daxili sistemə daxil etmək;
- Təsdiq olunmuş plana uyğun olaraq yeni məhsul və kateqoriyaları platformalarda yerləşdirmək;
- Məhsul kartlarını hazırlamaq və təkmilləşdirmək - başlıqlar, unikal təsvirlər və məhsul xüsusiyyətlərini əlavə etmək;
- Şəkil və infoqrafikaları hazırlamaq, redaktə etmək və platformalara yükləmək;
- Məhsul səhifələrinin SEO elementləri, o cümlədən title və description üzərində işləmək;
- ERP sistemində məhsul məlumatlarını emal etmək və məzmunu aktual saxlamaq.
İş şəraiti:
- İş qrafiki: I-V günlər
- İş yeri: Baş ofis
Tələblər
- Elektron platformalarda kontentinin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan və rus dilində səlis yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
- Magento, Shopify, WooCommerce, OpenCart və ya digər CMS platformalarında biri ilə iş təcrübəsi;
- Excel`də, o cümlədən böyük həcmli məlumatlarla işləmə bacarığı;
- Adobe Photoshop, Adobe Illustrator və ya Canva ilə şəkillərin redaktəsi üzrə baza bilikləri arzuolunandır;
- Diqqətlilik, məsuliyyət, işləri prioritetləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
- Komanda ilə işləmək və yeni alətləri öyrənmək həvəsi.
Üstünlük veriləcək:
- Gözəllik (beauty) və ya pərakəndə satış (retail) sahəsində ən azı 1-2 il iş təcrübəsi arzuolunandır.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!