1

Maliyyə Direktoru

189 Taxi

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Maliyyə Direktoru vakansiyaları üçün bura daxil olun.

Elan № 3491

Maliyyə Direktoru vakansiyaları

Maliyyə Direktoru vakansiyaları

08 Oktyabr 2020

Elan tarixi

07 Noyabr 2020

Bitmə tarixi

1422

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

5 ildən yüksək

İş stajı

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Maliyyə analiz

Kateqoriya

İş barədə məlumat

189 TAXİ Xidmətinə yeni layihələr ilə əlaqədar Maliyyə Direktoru tələb olunur

Öhdəliklər:

- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi və ona nəzarət;
- Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
- Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinin idarə olunması;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi (rəhbərliyin təsdiqi əsasında);
- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin etmək;
- Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil və icrasına nəzarət etmək;
- Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək;
- Vəzifə təlimatlarına və maliyyə departamentinin hədəflərinə əsaslanaraq işçilərin performanslarını qiymətləndirmək;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik;
- Maliyyə planının hazırlanmasını və yerinə yetirilməsini təşkil etmək;
- Şirkətin maliyyə hesabatlarını uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlanmasını idarə etmək;
- Yeni proqram təminatlarının implementasiyası və ya mövcud proqramın işlək olmasının təmin etmək;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;
- Müstəqil auditorlara iş əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək;
- Mühasibat və maliyyə hesabatlarını təhlil etmək və nəticələr barədə rəhbərliyə məlumat təqdim etmək.

Ofis-şəhərin mərkəzində
6 günlük iş qrafiki, 9:00-18:00
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir

NamİZƏDƏ TƏLƏBLƏR

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• 35-50 yaş həddi ,
• Minimum 8 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində, baş mühasib və maliyyə direktoru vəzifəsində azı 5 il iş təcrübəsi
• Komputer bilikləri - MS office, 1C
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
• Azərbaycan dili (Rus dili arzuolunandır.);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@taxibaku.az elektron ünvanına göndərsinlər.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 3491

Maliyyə Direktoru vakansiyaları

Maliyyə Direktoru vakansiyaları

08 Oktyabr 2020

Elan tarixi

07 Noyabr 2020

Bitmə tarixi

1422

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"