Vakansiya haqqında
Təsvir
- Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
- Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;
- Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi;
- Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;
- Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili və müştərilərlə kommunikasiya;
- Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi;
- Qrupun səlahiyyətində olan məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.
Tələblər
- Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzuolunandır;
- Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır;
- Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində ən azı 1 il bank və ya fintech təcrübəsi;
- Azərbaycan dili – səlis, İngilis dili – texniki terminologiya səviyyəsində, Rus dili biliyi – arzuolunandır;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
- SQL (Oracle) üzrə biliklər – DQL və DML komandaları ilə işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik;
- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmə bacarığı;
- Yeni texnoloji alətləri öyrənməyə açıq olmaq.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!