Hesab üzrə mütəxəssis

Hesab üzrə mütəxəssis

Bank Respublika ASC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Hesab üzrə mütəxəssis vakansiyaları üçün bura daxil olun.

Elan № 3563

Hesab üzrə mütəxəssis vakansiyaları

Hesab üzrə mütəxəssis vakansiyaları

14 Oktyabr 2020

Elan tarixi

13 Noyabr 2020

Bitmə tarixi

913

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Maliyyə analiz

Kateqoriya

İş barədə məlumat

“Bank Respublika” ASC “Hesab üzrə mütəxəssis (Azadlıq filialı)” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
• Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələr, ərizə formaları və əmanət kitabçalarını rəsmiləşdirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsi və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
• Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.


NamİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);

• İş təcrübəsi: Əməliyyat sahəsi üzrə 1 illik iş təcrübəsi;

• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır);

• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;

• Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;

• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hesab üzrə mütəxəssis (Azadlıq filialı)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 3563

Hesab üzrə mütəxəssis vakansiyaları

Hesab üzrə mütəxəssis vakansiyaları

14 Oktyabr 2020

Elan tarixi

13 Noyabr 2020

Bitmə tarixi

913

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"