Vakansiya haqqında
Vəzifənin məqsədi
Bu vəzifənin əsas məqsədi ekosistem göstəricilərinin hazırlanması və idarə olunması prosesini metodologiyanın müəyyən edilməsindən və məlumatlarda tətbiqindən tutmuş, nəticələrin yoxlanılmasına, hesabatlılıq sisteminə inteqrasiyasına və biznesin idarə olunması proseslərində istifadəsinə qədər tam şəkildə idarə etməkdir.
Biznes vahidləri, Maliyyə, Marketinq/CVM, Məlumatların İdarəedilməsi (Data Governance) və texniki komandalarla sıx əməkdaşlıq edərək, ekosistem üzrə vahid, ardıcıl və etibarlı göstəricilər sisteminin formalaşdırılmasını, hər bir göstərici üzrə aydın məsuliyyət bölgüsünün təmin edilməsini həyata keçirir.
+ ' ' +Namizədə dair tələblər
İş təcrübəsi
Məlumat və analitika üzrə layihələrin idarə olunması, biznes və ya məlumat analitikası, fəaliyyət göstəricilərinin idarə olunması və ya oxşar sahələrdə ən azı 2 illik iş təcrübəsi.
Bankçılıq, fintech və ya elektron ticarət sahəsində təcrübənin olması üstünlükdür.
Maliyyə bilikləri
Maliyyə və biznes göstəriciləri, o cümlədən mənfəət və zərər hesabatı (P&L), gəlirlər və vahid iqtisadiyyatı (unit economics) üzrə möhkəm biliklərə malik olmaq.
Maliyyə komandası ilə müzakirələrə rəhbərlik etmək, müvafiq yanaşmaları qiymətləndirmək və əsaslandırılmış suallar vermək bacarığı.
Marketinq və CVM bilikləri
- Müştəri həyat dövrü, müştəri seqmentasiyası və CVM/marketinq üzrə əsas performans göstəriciləri (KPI) haqqında anlayışa malik olmaq.
Məlumatlarla işləmək bacarıqları
SQL və Power BI, Tableau kimi BI alətləri üzrə praktiki biliklərə malik olmaq.
Məlumatların keyfiyyəti və idarə olunması (Data Governance) prinsiplərini anlamaq.
Layihələrin idarə olunması bacarıqları
Jira, Microsoft Planner və ya oxşar layihə idarəetmə alətləri ilə işləmək təcrübəsi.
Güclü planlaşdırma, koordinasiya və maraqlı tərəflərlə əməkdaşlıq bacarıqlarına malik olmaq.
Ünsiyyət bacarıqları
Məlumatları və metodologiyanı biznes, texniki komandalar və rəhbərlik üçün aydın və anlaşıqlı şəkildə izah etmək bacarığı.
Güclü təqdimat və kommunikasiya bacarıqlarına malik olmaq.
Dil bilikləri
Azərbaycan və ingilis dillərini sərbəst bilmək mütləqdir.
Rus dili biliyi üstünlükdür.
+ ' ' +- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Əsas vəzifə öhdəlikləri
Göstəricilərin metodologiyasının hazırlanması
Müştəri, tərəfdaş (merchant), məhsul, maliyyə və müştəri cəlbi ilə bağlı göstəriciləri əhatə edən ekosistem göstəriciləri çərçivəsinin hazırlanmasına rəhbərlik etmək.
Biznes üzrə məsul şəxslər və Maliyyə komandası ilə əməkdaşlıq edərək göstəricilərin metodologiyasını müəyyənləşdirmək, o cümlədən tərifləri, hesablama məntiqini, məlumat mənbələrini və məsul tərəfləri dəqiqləşdirmək.
Göstəricilərin CVM (Customer Value Management – Müştəri Dəyərinin İdarəedilməsi) və müştəri həyat dövrünün məntiqinə uyğunluğunu təmin etmək. Buraya aktiv müştəri bazası, müştəri saxlama (retention), müştəri itkisi (churn), çarpaz satış (cross-sell), hər müştəri üzrə orta gəlir (ARPU) və müştərinin həyat dövrü ərzində yaratdığı dəyər (CLV) kimi göstəricilər daxildir.
Maliyyə göstəricilərinin Maliyyə komandasının məlumatları və hesabatları ilə uzlaşmasını təmin etmək.
Müxtəlif komandalar arasında göstəricilərin tərifləri ilə bağlı yaranan fikir ayrılıqlarını aradan qaldırmaq və vahid yanaşma üzrə razılığın əldə olunmasını təmin etmək.
Məlumatların idarə olunması və nəticələrin təmin edilməsi
Müəyyən edilmiş metodologiyanı məlumat tələblərinə çevirmək və göstəricilərin sistemlərdə tətbiqi üçün Data Engineering, BI və Analitika komandaları ilə əməkdaşlıq etmək.
Göstəricilərin düzgünlüyünü yoxlamaq, məlumatları təhlil etmək, qeyri-adi dəyişikliklərin və uyğunsuzluqların səbəblərini araşdırmaq, məlumatların keyfiyyətini təmin etmək.
Data Governance komandası ilə birlikdə göstəriciləri sənədləşdirmək, onların məsul şəxslərini, məlumat mənbəyindən hesabatadək izlənmə zəncirini (data lineage) və keyfiyyətə nəzarət qaydalarını müəyyənləşdirmək.
Göstəricilərin biznes proseslərinə inteqrasiyası
Göstəricilərin idarəetmə hesabatlarına, fəaliyyət nəticələrinin qiymətləndirilməsinə, hədəflərin müəyyənləşdirilməsinə və marketinq kampaniyalarının effektivliyinin ölçülməsinə inteqrasiyasını təmin etmək.
Göstəricilərin davamlı idarə olunması, monitorinqi, yenilənməsi və dəyişiklik sorğularının icrası üçün məsuliyyət bölgüsünü və müvafiq prosesləri formalaşdırmaq.
İstifadəçi qəbul testlərinə (UAT), yeni həllərin tətbiqinə və istifadəçilərin təliminə rəhbərlik etmək, tətbiqdən sonra göstəricilərin istifadəsini və qəbul səviyyəsini izləmək.
Proqram və layihələrin idarə olunması
Paralel iş istiqamətləri üzrə yol xəritəsini, əsas mərhələləri və fəaliyyət planını hazırlamaq, işlərin müəyyən edilmiş müddətlərdə və razılaşdırılmış əhatə dairəsində tamamlanmasını təmin etmək.
RACI matrisini, risklər, problemlər, qərarlar və dəyişikliklərlə bağlı reyestrləri aparmaq, komandalararası asılılıqları idarə etmək.
Yüksək vəzifəli rəhbərlər və birbaşa tabeliyində olmayan komandalar da daxil olmaqla, maraqlı tərəflər arasında koordinasiya və razılaşmanı təmin etmək, maneələri vaxtında müəyyənləşdirmək və zərurət olduqda eskalasiya etmək.
İdarəetmə və koordinasiya görüşlərini (steering meetings) təşkil etmək və keçirmək, layihənin cari vəziyyəti, risklər və rəhbərliyin qərarını tələb edən məsələlər barədə yuxarı rəhbərliyə təqdimatlar hazırlamaq.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!