Vakansiya haqqında
Təsvir
· Bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
· Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
· Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
· Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
· Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Tələblər
· Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
· Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
· Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
· Riyazi hesablama aparmaq qabiliyyəti;
· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
· Kompüter bilikləri.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!