Təlim və inkişaf şöbəsinə mütəxəssis

Təlim və inkişaf şöbəsinə mütəxəssis

GL ASC
  • Şəhər

    Bakı, Salatın Əsgərova k.161

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

    Razılaşma yolu ilə
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Bakalavr

  • Yerləşmə tarixi

    01 oktyabr 2026

  • Bitmə tarixi

    31 oktyabr 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

“GL” ASC (Sizin Lombard) Təlim və inkişaf şöbəsinə mütəxəssis (təlimçi) vəzifəsinə işçi qəbulu elan edir.
 

Şirkət haqqında

2016-cı ildən etibarən fəaliyyət göstərən “GL” ASC, “Sizin Lombard” brendi ilə müştərilərinə çevik və keyfiyyətli xidmət təqdim edir.
Azərbaycanın Bakı şəhəri və bölgələrində yerləşən 52 filialımız vasitəsilə müştərilərimizə qızıl girovu əsasında sərfəli kreditlər əldə etmək imkanı yaradırıq. Şirkətimizin prioriteti müştəri məmnuniyyəti ilə yanaşı, insan kapitalının inkişafını təmin etməkdir.

Biz, işçi heyətimizi gələcək uğurlarımızın təməli hesab edir və aşağıdakı istiqamətlərdə daimi inkişafa önəm veririk:

  • İnsan resurslarının idarə edilməsində müasir metodların tətbiqi;
  • Kollektivdə motivasiyanın artırılması və biliklərin inkişafı üçün layihələrin həyata keçirilməsi;
  • Ədalətli performans dəyərləndirməsi və keyfiyyətli iş mühitinin təmin edilməsi.

 

Əsas vəzifələr:

  • Yeni işə qəbul olunan kredit mütəxəssisləri üçün təlimlərin keçirilməsi;
  • Kredit mütəxəssislərinə şirkətin iş prinsiplərinin, kreditləşmə prosesinin və daxili prosedurların öyrədilməsi;
  • Müştəri ilə ünsiyyət və xidmət standartları üzrə praktiki təlimlərin təşkili;
  • Təlim materiallarının hazırlanması və yenilənməsi;
  • Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • Təlim nəticələrinin təhlili və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi.

Namizədə tələblər:

  • Təlimçi kimi iş təcrübəsi;
  • Təqdimat və ünsiyyət bacarıqları;
  • Auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı;
  • Məlumatı sadə və anlaşıqlı şəkildə izah etmək bacarığı;
  • Kredit, bank, lombard və ya satış sahəsində təcrübə üstünlükdür.

 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox