Təcrübəçi Kontent Menecer

Təcrübəçi Kontent Menecer

VR Media Marketinq
  • Şəhər

    Bakı, Əhməd Rəcəbli 186

  • Kateqoriya

    SMM

  • Maaş

    150 - 200 AZN

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    07 avqust 2026

  • Bitmə tarixi

    16 sentyabr 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Komandamıza sosial media və kontent sahəsində Təcrübəçi Kontent Menecer axtarırıq.

Əsas vəzifələr:
• Müxtəlif sahələr üzrə kontent mövzularının araşdırılması
• Sosial media üçün kontent ideyalarının hazırlanması
• Kontent planlarının hazırlanmasında iştirak
• Reels, post, karusel və story formatları üzrə ideyaların hazırlanması
• Sosial media trendlərinin izlənilməsi və uyğunlaşdırılması
• Kontent üçün başlıq, mətn və kreativ yanaşmaların hazırlanması
• Dizayn və video komandası üçün tapşırıqların hazırlanmasında iştirak
• AI alətlərindən kontent araşdırması və hazırlanması prosesində istifadə

Namizədə tələblər:
• Azərbaycan dilində düzgün yazı qabiliyyəti
• Sosial media və kontent sahəsinə maraq
• Araşdırma aparmaq bacarığı
• Kreativ və analitik düşüncə
• Məsuliyyətlilik və tapşırıqları vaxtında yerinə yetirmək
• Yeni alətləri və iş prinsiplərini öyrənməyə açıq olmaq

İş təcrübəsi mütləq deyil. Namizədin düşüncə tərzi, araşdırma bacarığı və inkişaf potensialı bizim üçün daha önəmlidir.

Müraciət qaydası

Vakansiyaya müraciət edən namizədlər CV ilə birlikdə aşağıdakı test tapşırığını da göndərməlidirlər.

Test tapşırığı

Sahə: Dermatoloq
Mövzu: “SPF istifadə etməyən insanların ən klassik bəhanələri”

Bu mövzu əsasında sosial media üçün əyləncəli, diqqətçəkən və paylaşmağa dəyər bir kontent ideyası hazırlayın.

Format sərbəstdir — Reels, karusel, post və ya fərqli bir kreativ yanaşma seçə bilərsiniz.

Məqsədimiz hazır şablon cavab görmək deyil. Mövzunu necə düşündüyünüzü, adi bir tibbi mövzunu necə maraqlı kontentə çevirdiyinizi və sosial media istifadəçisinin diqqətini necə çəkəcəyinizi görmək istəyirik.

Kontent həm əyləncəli, həm də həkimin peşəkar imicinə uyğun olmalıdır.

CV və test tapşırığı birlikdə göndərilməlidir.
Yalnız CV ilə edilən müraciətlər nəzərdən keçirilməyəcək.

 

Təcrübə müddəti: 2 ay
Format: Ödənişli təcrübə proqramı
Təcrübə müddətində iş qrafiki: Həftənin 5 günü, 10:00–18:00
İş yeri: Ofisdən

Şənbə günü yalnız çox təcili iş olduğu halda evdən 11:00–15:00 arası dəstək tələb oluna bilər.

Uyğun namizədlər CV və portfoliolarını info@vrproduction.az ünvanına göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalardan bildiriş al

Təcrübəçi Kontent Menecer vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox