Vakansiya haqqında
-
Əmək haqqı: 450 – 600 AZN (təcrübədən asılı olaraq)
-
İş qrafiki: Həftənin 6 günü, saat 09:00 – 18:00
-
Ünvan: Badamdar şossesi 42
Vəzifə öhdəlikləri:
-
Şirkətin marketinq və tanıtım planlarının hazırlanması və həyata keçirilməsi;
-
Sığorta qaydalarını müştərilər üçün sadə və aydın dildə izah edən yazıların (kopiraytinq) və kontent planının hazırlanması;
-
Sosial media hesabları üçün gündəlik postların hazırlanması və paylaşılması;
-
Süni intellekt (AI) alətlərindən istifadə edərək mətn, vizual və kontent ideyalarının daha sürətli və effektiv hazırlanması;
-
Sosial şəbəkələr və sayt üçün maraqlı mətn və vizual ideyaların verilməsi, dizaynerlərlə koordinasiyalı iş;
-
Brendin tanınması və müştərilərin etibarını qazanmaq üçün PR işlərinin təşkili;
-
Satış və müştəri xidmətləri komandası ilə birlikdə kampaniyaların, xüsusi təkliflərin və loyallıq proqramlarının hazırlanması;
-
Sosial şəbəkələrdən və digər kanallardan gələn müştəri sorğularının operativ və nəzakətlə cavablandırılması;
-
Müştərilərə sığorta məhsulları haqqında ətraflı məlumat verilməsi və birbaşa satış prosesinin həyata keçirilməsi.
Namizədə tələblər:
-
Azərbaycan dilində səlis, səhvsiz və oxunaqlı yazmaq bacarığı;
-
Çətin mövzuları sadə dillə başa salmaq və müştərini inandırmaq qabiliyyəti;
-
Sosial şəbəkələrin idarə olunması və post hazırlanması üzrə biliklər;
-
Süni intellekt (AI) alətləri ilə işləmək bacarığı;
-
Yaradıcı düşüncə, aktiv ünsiyyət, satışa meyllilik və məsuliyyətli yanaşma.
Müraciət üçün: Maraqlanan namizədlər CV-lərini (varsa, yazdıqları mətn və ya hazırladıqları post nümunələrini də) bizə göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!