Seqment komandasına Müştəri təcrübələri üzrə mütəxəssis

Seqment komandasına Müştəri təcrübələri üzrə mütəxəssis

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    19 iyul 2024

  • Bitmə tarixi

    28 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Müştəri təcrübələri üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İş haqqında

Görəcəyiniz işlər:

  • Davamlı olaraq, yerli və xarici bazarların araşdırılması, müvafiq sahədə ən yeni trendlərin analiz edilib və yeni innovativ məhsulların yaradılması və ya mövcud məhsulların təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi;
  • Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
  • Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və satışlara müsbət təsir edə biləcək təkliflərin hazırlanması;
  • Tətbiq olunmuş model və yanaşmaların izlənməsi və optimallaşdırılması;
  • Korporativ və KOS seqment müştərilərinə yeni və çarpaz satış imkanlarının yaradılması məqsədilə effektiv satış və kommunikasiya kanallarının müəyyən edilməsi;
  • NPS, CSİ sorğuların aparılması, müştərilərlə fokus qruplarda işləmək bacarığı;
  • Müxtəlif kanallar vasitəsilə aparılmış təhlil və araşdırmalar əsasında biznes müştərilərinin məhsul və xidmətlər üzrə müvafiq seqmentlərə bölünməsi və onlara satışların həyata keçirilməsi üçün kampaniyaların formalaşdırılması.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Minimum bir il iş təcrübəsinə malik;
  • Güclü araşdırma bacarığına malik;
  • İngilis dili və Rus dili biliklərinin olması üstünlükdür;
  • Satış və ya məhsulların yaradılması sahələrində iş təcrübəsinə malik;
  • Yaxşı səviyyədə MS Excel bilikləri olan;
  • SQL biliklərinə malik (üstünlükdür);
  • Məlumatların vizuallaşdırılması üzrə biliklərə sahib;
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmək həvəsi olan;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox