Vakansiya haqqında
Təsvir
- Bankın ödəniş terminallarının fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsini təmin etmək;
- Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə terminalları test rejimində yoxlamaq;
- Terminalların istifadəsinə dair təlimatları hazırlamaq, müvafiq sənədləşməni aparmaq və təlimatlara lazımi dəyişiklikləri vaxtında etmək;
- Real iş rejimində olan terminalların istismar nəticələrini, proqram təminatındakı dayanmaları, eləcə də məlumat emalında keyfiyyət və sürətin aşağı düşməsi səbəblərini araşdırmaq, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
- Filialların və xidmət mərkəzlərinin texniki sorğularına cavab vermək;
- ADM və Ödəniş Terminallarına texniki dəstək göstərmək (təmir, profilaktika, ümumi təmizlik).
Tələblər
- Ali təhsil (texniki);
- İnformasiya texnologiyaları sahəsində 3 illik iş stajı;
- Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilmək;
- SQL bilikləri və sorğu yazmaq bacarığı;
- Hardware (texniki avadanlıq) və software (proqram təminatı) üzrə ümumi biliklər
- Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office, FlexCube, CASPEL və sair);
- Yeni informasiya texnologiyaları və ofis avadanlığından səmərəli istifadə bacarığına malik olmaq.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!