Vakansiya haqqında
“Güvənli” MMC Gəncə, Göygöl, Samux, Goranboy şəhərləri və Qarayeri qəsəbəsi üzrə Təcrübəçi Kredit mütəxəssisi vakansiyasını açıq elan edir
Əmək haqqı + Bonus sistemi + Peşəkar inkişaf və təlim
1. Təşkilatın kredit məhsullarını təbliğ etmək,müştəriləri cəlb etmək, birbaşa marketinq və satış funksiyasını həyata keçirtmək;
2. Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat vermək;
3. Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
4. Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
Tələblər
1. Cins: Xanım və Kişi namizədlər
2. Şəhər : Gəncə, Göygöl, Samux şəhəri üzrə namizədlər
3. Müştərilərlə ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı
4. Ali və ya orta ali təhsil (Kişi namizədlər üçün hərbi mükəlləfiyyətli və ya möhlət hüququ olan
5. Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti, riyazi hesablama aparmaq qabiliyyəti, komputer və ofis proqramlarından istifadə bacarığı
6. Satış bacarığına malik olmaq
7. Öyrənməyə həvəsli və komanda ilə işləməyi bacarmaq
Şirkət tərəfindən təklif olunur:
1. Əmək haqqı və bonus sistemi
2. Rəsmi əmək müqaviləsi
3. İş prosesinə üyğun təlim (iş prosesi öyrədilir)
4. Peşəkar inkişaf və karyera imkanları
5. Stabil və mehriban iş mühiti
Vakansiyanın tələblərinə uyğun olan namizədlər CV-lərini bölgəyə uyğun başlığı qeyd edərək (misal: Gəncə Təcrübəçi kredit mütəxəssisi) hrguvenli@gmail.com elektron ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!