Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Bank üzrə İT və texnoloji risklərin müəyyən edilməsi, qeydiyyatı, qiymətləndirilməsi, monitorinqi və idarə edilməsi prosesinə rəhbərlik etmək;
- COBIT, NIST, ISO 27001/27005, ISO 22301, CIS, PCI DSS, DORA və digər beynəlxalq standart və çərçivələrin tətbiqini qiymətləndirmək, müvafiq metodoloji yanaşmaların formalaşdırılmasını təmin etmək;
- Bankın İT, İnformasiya Təhlükəsizliyi və Rəqəmsal istiqamətləri üzrə risklərin qiymətləndirilməsi prosesinə metodoloji dəstək göstərmək və birinci müdafiə xəttinin risklərin idarə edilməsi üzrə fəaliyyətinə nəzarət etmək;
- İT risk insidentlərinin təhlilini, kök səbəb analizinin (RCA) qiymətləndirilməsini, risklərin təkrarlanmasının qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və icrasına nəzarəti təmin etmək;
- Rəqəmsal transformasiya, innovativ layihələr, bulud texnologiyaları, İT infrastruktur və informasiya sistemləri üzrə texnoloji risklərin qiymətləndirilməsini təşkil etmək;
- İKT xidmət təminatçıları və üçüncü tərəflər üzrə texnoloji, informasiya təhlükəsizliyi və əməliyyat davamlılığı risklərinin qiymətləndirilməsinə nəzarət etmək;
- İT risklərinin azaldılması, biznesin davamlılığı (BCP), fəlakətdən qurtarma (DRP) və rəqəmsal əməliyyat dayanıqlığı (DORA) istiqamətləri üzrə risklərin idarə edilməsini və müvafiq nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək;
- İT riskləri üzrə risk iştahası limitlərinin, əsas risk göstəricilərinin (KRI) müəyyənləşdirilməsi, monitorinqi, kənarlaşmaların eskalasiyası və rəhbərlik üçün hesabatların hazırlanmasını təmin etmək;
- İT risklərinin idarə edilməsi üzrə daxili normativ sənədlərin, metodologiyaların, siyasət və prosedurların hazırlanmasına və mütəmadi yenilənməsinə rəhbərlik etmək;
- Daxili və xarici audit yoxlamaları nəticəsində müəyyən edilmiş İT riskləri üzrə tədbirlərin icrasına nəzarət etmək, risklərin azaldılması istiqamətində müvafiq tövsiyələr vermək;
- İT riskləri üzrə Bankın struktur bölmələri ilə əməkdaşlığı, risk sahibləri ilə qarşılıqlı fəaliyyəti və əməkdaşların risk məlumatlılığının artırılmasını təmin etmək;
- Qrupun fəaliyyətini planlaşdırmaq, əməkdaşlar arasında iş bölgüsünü və iş yükünün balanslaşdırılmasını təmin etmək, fəaliyyət nəticələrini qiymətləndirmək və komandanın peşəkar inkişafına dəstək göstərmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (İT mühəndislik, İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Kompüter Elmləri sahələri üzrə)
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsinə malik olan (İT risklərin idarə edilməsi və ya əlaqəli sahədə minimum 7 illik təcrübə - Bu müddətdən ən azı 2 ili qrup və ya komanda rəhbərliyi təcrübəsi olan;
- Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilən;
- CRISC, CISA, CISSP və ya CISM sertifikatlarından ən azı biri olan;
- COBIT, ISO 27001 Lead Implementer/Auditor, ISO 22301, IT Risk Fundamentals, ITIL və s. peşəkar sertifikatların olması arzu olunandırEffektiv ünsiyyət qurmaq və müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq etmək bacarığına malik olan;
- Mərkəzi Bankın normativ aktları və Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası ilə tanışlığı olan;
- Bank sektorunun İT infrastrukturu, informasiya sistemləri, şəbəkə və verilənlər bazaları üzrə hərtərəfli bilikləri olan;
- İT risklərin idarə edilməsi, qiymətləndirilməsi, azaldılması və beynəlxalq standartların (COBIT, NIST, ISO 27001 və s.) tətbiqi üzrə ekspert bilikləri olan;
- BCP/DRP, üçüncü tərəf risklərinin idarə edilməsi (TPRM) və rəqəmsal əməliyyat dayanıqlığı (DORA) üzrə bilikləri olan;
- Bulud texnologiyaları və süni intellekt (AI) həllərindən irəli gələn texnoloji risklərin qiymətləndirilməsi üzrə bilikləri olan;
- Güclü liderlik və komanda idarəetmə bacarıqları olan;
- Təşəbbüskar, nəticəyönümlü və məsuliyyətli şəxsdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!