Vakansiya haqqında
D - İT MMC – Satış komandamıza təcrübəçi axtarırıq!
ERP sahəsində karyera qurmaq istəyirsənsə və satış sənə maraqlıdırsa, bu fürsət sənin üçündür! DİT MMC-də təcrübə proqramına qoşul, real iş mühitində təcrübə qazan!
Tələblər:
- Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə təhsil alan və ya yeni məzun
- Aktiv və ünsiyyətcil
- Öyrənməyə və inkişaf etməyə həvəsli
- Məsuliyyətli və komandada işləmə bacarığı olan
Təcrübə müddətində öyrənəcəksən:
- ERP sistemlərinin satışı üzrə proseslər
- Potensial müştərilərlə ilkin əlaqələrin qurulması
- Müştərilərlə əlaqənin idarə edilməsi
- Satış hesabatlarının hazırlanması
Təklif edirik:
- Satış sahəsində real təcrübə
- Peşəkar komanda ilə işləmək imkanı
- Uğurlu təcrübəçilər üçün daimi iş təklifi
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!