Vakansiya haqqında
Təsvir
- Fişinq e-maillərinin, şübhəli qoşmaların, URL-lərin, domenlərin və digər potensial təhlükələrin ilkin analizini aparmaq;
- Təhlükəsizlik insidentlərinin qeydiyyata alınması, təsnifləşdirilməsi, araşdırılması və sənədləşdirilməsində iştirak etmək;
- Təhlükəsizlik sistemlərində istifadəçi, siyasət, qayda və digər konfiqurasiya dəyişikliklərinin həyata keçirilməsində iştirak etmək;
- Şübhəli IP ünvanları, domenlər, fayl hash-ləri və digər indikatorlar (IOC) üzrə ilkin araşdırmalar aparmaq;
- Təhlükəsizlik zəifliklərinin və risklərinin müəyyənləşdirilməsi proseslərinə dəstək olmaq;
- Təhlükəsizlik alətlərinin sazlanması, test edilməsi və optimallaşdırılmasında iştirak etmək.
Tələblər
- İnformasiya texnologiyaları, kibertəhlükəsizlik, kompüter mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil;
- Şəbəkə əsasları (TCP/IP, DNS, HTTP/HTTPS, VPN) haqqında baza bilikləri;
- Windows və Linux əməliyyat sistemləri haqqında baza bilikləri;
- Kibertəhlükəsizlik sertifikatlarının olması üstünlükdür.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!