Vakansiya haqqında
Təsvir
“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamenti üzrə Biznes Analitik (Business Analyst) istiqamətində 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!
Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərində iştirak etmək və peşəkar inkişaf yolunda irəliləmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür!
- Biznes tələblərinin toplanması, təhlili və sistem tələblərinə çevrilməsi.
- Tələblərin dəqiqləşdirilməsi, biznes qaydalarının və sistem məntiqinin müəyyən edilməsi.
- Funksional tələblərin, User Story-lərin, Use Case-lərin və qəbul meyarlarının (Acceptance Criteria) hazırlanması.
- Tələblərin alternativ ssenarilər, istisna hallar və mümkün xətalar nəzərə alınmaqla detallı şəkildə işlənməsi.
- Sistemlərarası inteqrasiyaların təhlili, API-lərin iş prinsiplərinin və sistemlər arasında məlumat mübadiləsinin təsviri.
- BPMN və UML diaqramlarından istifadə etməklə biznes proseslərinin və sistem davranışının modelləşdirilməsi.
- Tələblərin proqram təminatının hazırlanması komandası ilə müzakirəsi, dəqiqləşdirilməsi və razılaşdırılması.
- ələblərin həyata keçirilməsi prosesində yaranan sualların cavablandırılması və zəruri dəyişikliklərin idarə edilməsi.
- QA komandası ilə əməkdaşlıq edərək tələblərin test ssenarilərinə çevrilməsinə və funksionallığın tələblərə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi.
- Tələblərin dəyişikliklərinin izlənilməsi və onların sistemin digər komponentlərinə mümkün təsirlərinin təhlili.
- Biznes, IT və digər aidiyyəti komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi.
Tələblər
- Tələblərin təfərrüatlı qəbul meyarları (Acceptance Criteria) və Given-When-Then (BDD) formatında yazılması bacarığı.
- İstifadə ssenarilərinin (Use Case) və biznes məntiqinin detallaşdırılması təcrübəsi.
- SQL üzrə bazilik biliklər: Məlumat bazalarından sorğuların çıxarılması (
SELECT,JOIN,WHERE,GROUP BY), məlumat strukturlarının analizi və məntiqin yoxlanılması bacarığı. - Biznes proseslərinin vizuallaşdırılması və diaqramların tərtibi haqqında anlayış (BPMN, UML).
- Qeyri-funksional tələblərin (təhlükəsizlik, məhsuldarlıq, UX/UI qaydaları) və xüsusi halların (Edge Cases) müəyyən edilməsi bacarığı.
Proqram iştirakçılarına nə təklif olunur:
- Təyin olunmuş aylıq ödəniş
- Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
- Gələcək iş imkanları üçün real zəmin
Kimlər müraciət edə bilər:
- Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
- Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
- Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar
Gələcəyini Rabitəbank ilə qur – indi başla !
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!