Vakansiya haqqında
Vibe Agency komandasına Satış Meneceri axtarırıq!🚀
Reklam və marketinq sahəsində fəaliyyət göstərən komandamıza ünsiyyətcil, enerjili və satış bacarığına sahib Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Yeni potensial müştərilərin araşdırılması və əlaqələrin qurulması;
- Müştərilərə agentliyin xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun reklam və marketinq həllərini təklif etmək;
- Gələn müraciətlərin operativ şəkildə cavablandırılması və satışa yönləndirilməsi;
- Görüşlər və danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq;
- Mövcud və potensial müştərilərlə uzunmüddətli münasibətlər qurmaq;
- Satış prosesini CRM və ya daxili sistemdə qeydiyyatda saxlamaq;
- Satış hədəflərinə çatmaq və nəticələr üzrə hesabat vermək.
Tələblər:
- Satış sahəsində təcrübə;
- Reklam agentliyində iş təcrübəsinin olmağı arzuolunandır;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Danışıqlar aparmaq və müştərini inandırmaq qabiliyyəti;
- Aktiv satış və yeni müştəri axtarışına maraq;
- Nəticə və hədəf yönümlü çalışma;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus və ya ingilis dili biliyi üstünlükdür;
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik. Sizi nələr gözləyir?
- Kreativ və dinamik iş mühiti;
- Reklam və marketinq sahəsində inkişaf imkanı;
- Peşəkar və dəstəkçi komanda;
- Karyeranı inkişaf etdirmək üçün imkanlar.
İş rejimi:
- Həftə içi 5 gün
- Full-time (10:00 - 18:00) Maaş:
- Razılaşma yolu ilə
📩 Müraciət üçün: CV və portfolio-nuzu info@vibeagency.az ünvanına göndərin. Başlıqda “Satış Meneceri” qeyd edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!