Vakansiya haqqında
“Mən hər şeyi satmağı bacarıram” deyən əməkdaş axtarırıq. Deirvlon Technologies şirkətinə satış təcrübəsi olan mütəxəssisə ehtiyac duyulur.
Müştərilərin cəlb edilməsi və onlarla işgüzar əlaqələrin qurulmasını təşkil etmək;
Bazarı, rəqibləri araşdırmaq, analizlər aparmaq və tələbatı müəyyənləşdirmək;
Məhsullar, keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq;
Yeni və mövcud müştərilər üzrə məlumat bazasının formalaşdırılmaq;
Mövcud məlumat bazası üzərindən müştərilərlə danışmaq, görüşlər keçirtmək və təklifləri təqdim etmək;
Satış və qiymət strategiyasının hazırlanmasında, strateji planlaşdırmada öz səlahiyyətləri daxilində iştirak etmək
Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq günlük, həftəlik və aylıq hesabatları təqdim etmək.
İş yeri: Bakı
İş rejimi: 6 günlük
İş vaxtı: 11:00-20:00
Əmək haqqı : müsahibə əsnasında
Uyğun və maraqlanan şəxslər CV-lərini http://hr.deirvlon.com/ ünvanına göndərə bilərlər
Namizədə tələblər:- Ali təhsil (Satış və marketinq sahəsində arzu olunandır);
- Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi
- Azərbaycan dili və Rus dili - əla səviyyə;
- MS Office (Word, Excel, Powerpoint) proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət qurmaq və təqdimat aparmaq bacarığı.
- Yaxşı danışıq və inandırmaq qabiliyyətinə malik olmaq
- Dinamik, aktiv, inadkar
- Təşəbbüskarlıq, müştəri yönümlülük, məsuliyyətlilik, dürüstlük.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!