T

Satış üzrə Menecer

Times Consulting

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Satış üzrə Menecer vakansiyaları üçün bura daxil olun.

Elan № 5654

Satış üzrə Menecer vakansiyaları

Satış üzrə Menecer vakansiyaları

22 Aprel 2021

Elan tarixi

22 May 2021

Bitmə tarixi

1794

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Satış

Sahə

İş barədə məlumat

• Satış meneceri şirkətin xidmətlərinin satışını həyata keçirir, yeni satış kanallarını araşdırıb tapılmasını, və satış bazarının araşdırılmasını təşkil edir.

• Müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur.

• Satış həcmlərini qeydə alır və rəhbərliyə hesabat verir.

• Müştərilər haqqında məlumat toplayır və onlarla əlaqə qurub əməkdaşlıq edir.

• Satış bazarında reklama ehtiyacını təhlil edir, dəyərləndirir və satışını həyata keçirir.

• Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirir və onlardan dəstək alır.

• Satışın yüksəldilməsi və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.

• Müştəriyə daha çox məhsul almağa sövq edir.

• Bazar, müştərilər, rəqiblər, onların yeni proyektləri və ideyaları haqqında müntəzəm olaraq informasiyaları toplayır, dəqiq və düzgün şəkildə Satış Direktoruna təqdim edir.

• Şirkətin təbliğ olunması zəruri olan siyasətlərini müştəriyə layiqincə təbliğ edir və onların arzulanan şəkildə reallaşmasına nail olur.

• Müştərini tam razı salan davranış nümayiş etdirir, onu lazımi informasiyalarla təmin edir və müştəri problemlərini dərhal Müştəri Xidmətləri şöbəsinə istiqamətləndirir.

• Satış toplantılarında fəal iştirak edir, satışın daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.

• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

NamİZƏDƏ TƏLƏBLƏR

- Ali təhsil;
- “B to B” satışında (ideal olaraq reklam sahəsində) ən azı 1 il iş təcrübəsi;
- “Soyuq satış” metodu ilə satışın həayata keçirilməsində təcrübə;
- Müştəri bazası olan namizədlərə üstünlük verilir;
- Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
- İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
- Yüksək səviyyəli ünsiyyət bacarıqları;
- Təqdimetmə bacarıqları;
- Dünya görüşü və biliyə həvəs;
- Komandada işləmək bacarığı;
- Çeviklik və tez öyrənmə bacarığı;
- Stressə dözümlülük və gərgn qrafiklə işləmək bacarığı;
- Kompüter bilikləri (MS Office).

Üstünlüklərimiz:

• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti;
• Nəqliyyat xidmətləri şirkət tərəfindən təşkil olunur.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi hr@timesconsulting.az e-mail ünvanına göndərəsiniz.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 5654

Satış üzrə Menecer vakansiyaları

Satış üzrə Menecer vakansiyaları

22 Aprel 2021

Elan tarixi

22 May 2021

Bitmə tarixi

1794

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"