Vakansiya haqqında
Telefon və planşetlər üçün ehtiyat hissələri və aksesuarların satışını həyata keçirən iFix şirkətinə "Satış mütəxəssisi" vəzifəsi üzrə namizədlər tələb olunur. Sən də inkişaf və yeniliklərə hazırsansa iFix-ə qoşul!
Vəzifə funksiyaları:
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsulların keyfiyyəti və digər xüsusiyyətləri barədə ətraflı məlumatın verilməsi;
- Mağaza daxili satışın həyata keçirilməsi;
- Müştərilərin istəkləri ilə maraqlanıb, ona uyğun məhsulun təqdim olunması;
- Fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən tapşırıqların icra olunması;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Namizədə tələblər:
- Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır;
- Məsuliyyətli, çevik, ünsiyyətcil, satış qabiliyyətli, kollektivdə işləmə bacarığı;
- Satış sahəsində təcrübənin olması arzuolunandır;
Digər məlumatlar:
- AR ƏM-nə əsasən rəsmiləşdirmə;
- İş rejimi: həftənin 6 günü, saat 10:00-20:00;
- İstirahət günü: Həftə içi 1 gün;
- Əmək haqqı: 450-500 AZN (fix) + satışdan faiz (başlanğıc üçün);
- Satış sahəsində nailiyyətlərə görə əlavə bonus və mükafatlar;
- Karyera yüksəlişi imkanı;
- Şirkət daxili inkişaf imkanları
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!