Vakansiya haqqında
Baxımlı, səliqəli və ünsiyyətcil xanım və ya bəy satıcı axtarırıq — premium səviyyəli kişi geyim mağazamızda müştərilərlə peşəkar şəkildə işləyə biləcək, zövqlü və məsuliyyətli komanda üzvü.
-
Kişi geyimləri sahəsində satış təcrübəsi (minimum 1 il)
-
Müştəri ilə ünsiyyət bacarığı, təqdimat və satış qabiliyyəti
-
Səliqəli, baxımlı və mədəni görünüş
-
Azərbaycan dili mükəmməl, rus dili arzuolunandır
-
Komandada işləmə bacarığı və məsuliyyətlilik
-
Brend mədəniyyəti və premium xidmət anlayışına malik olmaq
Vəzifə öhdəlikləri:
-
Müştəriləri qarşılamaq və məhsullar haqqında ətraflı məlumat vermək
-
Satış prosesini idarə etmək, kassada işləmək
-
Mağazanın səliqə və vitrin görünüşünə nəzarət etmək
-
Müştəri məmnuniyyətini təmin etmək
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!