Vakansiya haqqında
Ünvanlar: Ted Baker və Pinko mağazaları (Port Baku Mall)
Namizədə tələblər:
- Yaş: 20-30
- Cinsi: Qadın
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
- Azərbaycan dili (əla), Rus və İngilis dili (arzuolunandır)
- Kollektivlə işləmə bacarığı
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
Əsas vəzifə öhdəlikləri:
- Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
- Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
- Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
- Uğurlu satış həyata keçirilməsi üçün bölmənin həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq.
İş şərtləri:
- İş vaxtı: 2 növbəli qrafik 10:00-19:00 ; 13:00-22:00 (hər iki növbəyə uyğun namizədlər müraciət etsin)
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Əmək haqqı 500 AZN + satışdan bonuslar
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq hrm@zeta.az email ünvanına göndərmələri xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!