Vakansiya haqqında
İş yeri: SAZMOTO MMC
Sektor: Motosiklet və PowerSports texnikası satışı
Brendlər: CFMOTO, Alpinestars, Motorex, Sena, Scorpion EXO
Təcrübə: Minimum 2 il rəhbər və ya satış sahəsində təcrübə
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında + bonus sistemi
Biz Kimik?
Biz – SAZMOTO MMC Azərbaycan motosiklet bazarında fəaliyyət göstəririk və bu sahədə aparıcı brendlərin rəsmi distribyutoruyuq. Hazırda:
-
CFMOTO motosiklet və ATV texnikalarının Azərbaycandakı rəsmi nümayəndəsiyik,
-
Eyni zamanda Alpinestars, Motorex, Sena, Scorpion EXO kimi premium brendləri ölkəyə idxal edirik,
-
Müştərilərimizə satışdan tutmuş servisə qədər tam çevrəli xidmət təqdim edirik.
Vəzifənin Məqsədi:
Satış mərkəzinin gündəlik fəaliyyətinə rəhbərlik etmək, satış komandasını idarə etmək, satış hədəflərinə çatmaq və müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq.
Əsas Öhdəliklər:
-
Mağazanın ümumi idarə olunması
-
Satış planlarının hazırlanması və komandaya icra etdirilməsi
-
Satış heyətinin idarə olunması, təlimləndirilməsi və motivasiyası
-
Müştəri xidmətlərinin yüksək səviyyədə təşkil olunması
-
Stok və təchizatın effektiv nəzarəti
-
Satış analizləri və hesabatların hazırlanması
-
Rəqib bazar və müştəri ehtiyaclarının araşdırılması
-
Brend standartlarının qorunması və təqdimat səviyyəsinin artırılması
-
Marketinq və kampaniyalarla əlaqəli təkliflərin verilməsi və icrası
Tələb Olunan Bacarıqlar:
-
Ali təhsil (menecment, satış və ya mühəndislik sahəsi üzrə arzuolunandır)
-
Satış və ya mağaza idarəçiliyi üzrə minimum 2-3 il iş təcrübəsi
-
Motosiklet və texniki məhsullara maraq və bilik
-
Komanda idarəetməsi və liderlik bacarığı
-
CRM və MS Office proqramları ilə işləmək bacarığı
-
Azərbaycan dillində sərbəst danışıq (Rus və İngilis dili üstünlükdür)
-
Yüksək müştəri mədəniyyəti və nəticəyönümlü iş prinsipi
Təklif Edilir:
-
Rəqabətli əmək haqqı və satış üzrə bonuslar
-
Brend təlimlərində iştirak və peşəkar inkişaf imkanları
-
Motosiklet dünyasında dinamik və innovativ iş mühiti
-
Uzunmüddətli karyera perspektivi
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!