Vakansiya haqqında
Satış üzrə menecer
Təhsil müəssisələri ilə əməkdaşlıq
Məktəb və bağçalarla əməkdaşlıq əlaqələri qurmaq, tədris vəsaitlərimizin təqdimatını və
satışını həyata keçirmək üçün menecer axtarırıq.
İş haqqında:
- Potensial müştəriləri müəyyənləşdirmək, məktəb və bağça rəhbərlikləri ilə əlaqə saxlayaraq görüşlər təşkil etmək;
- Təhsil müəssisələrinə səfər edərək tədris vəsaitlərini təqdim etmək və məhsullar haqqında ətraflı məlumat vermək;
- Müştərilərin ehtiyaclarını öyrənmək, uyğun məhsullar təklif etmək və satış danışıqları aparmaq;
- Sifarişlərin qəbulunu və satış prosesini izləmək;
- Keçirilən görüşlər və satış nəticələri üzrə həftəlik hesabat hazırlamaq.
Tələblər:
- Satış sahəsində iş təcrübəsi;
- Ünsiyyət, təqdimat və danışıq aparmaq bacarığı;
- Müştəri cəlb etmək və satışa nail olmaq bacarığı;
- Azərbaycan dilində səlis və aydın nitq;
- Müstəqil işləmək, təşəbbüskarlıq və məsuliyyətlilik;
- Təhsil müəssisələrinə işgüzar səfərlər etməyə hazırlıq.
- Nəşriyyat və tədris məhsullarının satışı sahəsində, eləcə də tibbi nümayəndə kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Qeyd: CV-nizi “Satış meneceri” qeyd etməklə göndərə bilərsiniz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!