Tender üzrə mütəxəssis

Tender üzrə mütəxəssis

AZTECH
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Bakalavr

  • Yerləşmə tarixi

    30 sentyabr 2026

  • Bitmə tarixi

    30 oktyabr 2026

  • E-mail E-poçt göstər

Namizədə dair tələblər:

  • Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı ifadə qabiliyyəti (ingilis və rus dilində basic səviyyə arzuolunandır)
  • Ali təhsil;
  • Tenderlər üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma
    prosedurları üzrə biliklər;
  • Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər;
  • Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı;
  • etender.gov.az portalından sərbəst istifadə bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək;
  • Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı;
  • Bank qarantiyaları və tender təminatları ilə işləmək təcrübəsi;
  • Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik, ünsiyyətcillik

Vəzifə öhdəlikləri:

Tenderlərin monitorinqi və təhlili:

  • Dövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək;
  • Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək;
  • Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq.

Tender sənədlərinin hazırlanması:

  • Tenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək;
  • İştirak üçün tələb olunan bütün sənədləri toplamaq və hazırlamaq;
  • Sənədləri müvafiq platformalara vaxtında təqdim etmək.

Müqavilələrin idarə olunması və hesabatlılıq:

  • Tender nəticələrini izləmək və təhlil etmək;
  • Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək;
  • Tender sənədləri üzrə aylıq hesabatlar hazırlamaq.

 

İş şəraiti

  • Əmək haqqı:
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 5 günlük iş həftəsi (10:00 – 18:00)

Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “TENDER ÜZRƏ MÜTƏXƏSSİS" adını qeyd edərək office@aztech.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız iş təcrübəsi olan və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox