Korporativ Satış şöbəsinin kiçik müştəri meneceri - Korporativ Bankçılıq Departamenti

Korporativ Satış şöbəsinin kiçik müştəri meneceri - Korporativ Bankçılıq Departamenti

ATB Bank
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Satış

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    22 sentyabr 2026

  • Bitmə tarixi

    22 oktyabr 2026

Təsvir

  • Mövcud və potensial müştərilərlə gündəlik kommunikasiya və əlaqələrin qurulması;
  • Müştərilərin sorğu və müraciətlərinin qəbul edilməsi, operativ şəkildə cavablandırılması;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
  • Satış prosesinin ilkin mərhələlərinin həyata keçirilməsi və müştərilərin satış üzrə mütəxəssislərə yönləndirilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Mövcud müştərilərlə münasibətlərin qorunması və müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Müştəri məlumatlarının CRM sistemi və daxili bazalarda düzgün qeydiyyata alınması və yenilənməsi;
  • Təkliflərin, kommersiya məlumatlarının və digər zəruri sənədlərin müştərilərə təqdim edilməsi;
  • Müştəri şikayət və problemlərinin araşdırılması və aidiyyəti struktur bölmələrlə koordinasiya edilməsi;
  • Satış və müştəri xidmətləri üzrə hesabatların hazırlanmasına dəstək göstərilməsi;
  • Müştəri məlumatlarının məxfiliyinin qorunması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
  • Şirkətin daxili prosedur və müştəri xidməti standartlarına riayət olunması.

Tələblər

  • Ali təhsil;
  • Müştəri xidməti, satış və ya əlaqəli sahələrdə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Güclü ünsiyyət və müştəriyönümlü yanaşma;
  • Aktiv dinləmə və müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmə bacarığı;
  • Komandada işləmək və effektiv əməkdaşlıq etmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və operativlik;
  • Stressli və intensiv iş şəraitində effektiv işləmək bacarığı;
  • MS Office proqramlarından, xüsusilə Word və Excel-dən istifadə bacarığı;
  • Öyrənməyə, yeniliklərə və peşəkar inkişafa açıq olmaq.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox