Vakansiya haqqında
Telesales və Satış Mütəxəssisi axtarırıq.
Komandamıza qoşulmaq üçün ünsiyyət bacarığı güclü, təşəbbüskar və nəticəyönümlü əməkdaşlar axtarırıq.
Hazırda iki vakansiya üzrə müraciətləri qəbul edirik.
1. Satış mütəxəssisi - Offline
İş öhdəlikləri:
* Yeni müştərilərin və biznes tərəfdaşlarının müəyyənləşdirilməsi;
* Restoranlar, hotellər, tədbir məkanları, event şirkətləri və digər bizneslərlə əlaqələrin qurulması;
* Yeni satış imkanlarının araşdırılması və görüşlərin təşkili;
* Məhsul və xidmətlərin təqdim edilməsi, kommersiya təkliflərinin hazırlanması;
* Satış danışıqlarının aparılması və yeni əməkdaşlıqların qurulması;
* Mövcud müştərilərlə əlaqələrin qorunması və müştəri bazasının genişləndirilməsi.
İş formatı: Offline, ofisdə iş və müştərilərlə görüşlər
2. Telesales mütəxəssisi -Online
İş öhdəlikləri:
* Daxil olan müştəri müraciətləri və lead-lərlə telefon vasitəsilə əlaqə saxlamaq;
* Xidmətlər haqqında məlumat vermək;
* Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və satış həyata keçirmək;
* Müştərilərin suallarını cavablandırmaq və onları sifarişə yönləndirmək;
* Potensial müştərilərlə əlaqəni davam etdirmək və satış nəticələrini izləmək.
İş formatı: Online, məsafədən işləmək imkanı.
Namizədlərə tələblər
* Güclü ünsiyyət və təqdimat bacarığı;
* Satış və danışıqlar aparmaq bacarığı;
* Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
* Satış sahəsində təcrübə
* Ali təhsil arzuolunandır;
* Rus dili biliyi arzuolunandır,
İş şərtləri
* Əməkhaqqı: Razılaşma əsasında;
* Sabit əməkhaqqı + satışdan faiz;
* İş qrafiki və digər şərtlər müsahibə zamanı dəqiqləşdiriləcək.
Hər iki vakansiya üzrə kişi və qadın namizədlər müraciət edə bilərlər.
Müraciət üçün: CV-nizi və müraciət etdiyiniz vakansiyanın adını fatimekheyrullayeva@gmail.com adresinə göndərin
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!