Vakansiya haqqında
hellojob.az komandasına satış meneceri axtarırıq. Əsas iş şirkətlərə hellojob.az məhsullarını təklif etmək və satmaqdır.
Vəzifə öhdəlikləri:
- hellojob.az məhsullarının şirkətlərə satışı: vakansiya paketləri, premium elanlar, CV bazasına giriş, banner reklam
- Yeni müştərilərin tapılması (zəng, WhatsApp, e-poçt, görüş)
- Mövcud müştərilərlə əlaqə saxlamaq, paketlərin yenilənməsini təmin etmək
- Müştərilərə saytdan istifadə ilə bağlı kömək göstərmək
- Satış planının icrası və həftəlik hesabat
Tələblər:
- Satış və ya müştəri xidmətlərində təcrübə üstünlükdür
- Rahat ünsiyyət, telefonla danışıqda inamlı olmaq
- Azərbaycan dilini sərbəst bilmək, rus dili üstünlükdür
- Kompüter, Excel və mesajlaşma proqramları ilə işləmək bacarığı
- Nəticəyə yönəlik və məsuliyyətli olmaq
İş şəraiti:
- Sabit maaş 300 AZN + satışdan bonuslar
- İş qrafiki: tam ştat
- İş yeri: Bakı
- Gənc və dinamik komanda, karyera inkişafı imkanı
Müraciət etmək üçün «Müraciət et» düyməsi ilə CV-nizi göndərin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!