Vakansiya haqqında
Vakansiya - Sales Manager (Part-time)
- İş yeri: Remote Data Academy
- Məhsul: Data Science və onunla əlaqəli kurs, xidmətlər
- İş qrafiki: Part-time (Həftəiçi 5 gün, hər gün 4 saat)
- İş forması: Remote (Online)
- Əmək haqqı: Satışlara görə faiz (İlk ay satışları yaxşı icra edə bilsə, ikinci aydan sabit maaş + satışlara görə faiz olacaq)
Namizədə dair tələblər:
- Enerjili, çevik, ünsiyyətcil olmalı, gördüyü işdə məsuliyyət hiss etməlidir
- Satış sahəsində 1 il ətrafı praktiki təcrübə (Tələbələr də müraciət edə bilər)
- Azərbaycan dili mükəmməl səviyyədə (Yazışarkən qrammatik qaydalara fikir vermək)
- İngilis dili minimum pre-intermediate səviyyədə
- Google Sheet / Docs ilə işləmək təcrübəsi
Vəzifə öhdəlikləri:
- Gündəlik mütəmadi olaraq sosial media üzərindən (əsasən, Instagram) gələn mesajları cavablayaraq geridönüşlər etmək
- Gündəlik mütəmadi olaraq müştərilərə zənglər etmək, satışı həyata keçirmək
- Müştəri bazası ilə işləmək (CRM)
- Həftədə bir neçə dəfə online meeting-lərə qoşulmaq, şifahi və ya yazılı hesabat vermək
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!