Risk həlləri sahəsinə risk analitik / aparıcı risk analitik

Risk həlləri sahəsinə risk analitik / aparıcı risk analitik

ABB
  • Şəhər

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    28 avqust 2026

  • Bitmə tarixi

    27 sentyabr 2026

Görəcəyiniz işlər:

  • Kredit məhsulları və kreditləşmə prosesləri üzrə risklərin ölçülməsi istiqamətində olan təhlilləri aparmaq;
  • Kredit müraciətləri və kredit qərarvermə proseslərini risk baxımından təhlil etmək, potensial kredit itkilərinə və fırıldaqçılıq hallarına səbəb ola biləcək risk faktorlarını müəyyən etmək;
  • Kredit risklərinin azaldılması, kredit itkilərinin və fırıldaqçılıq halların qarşısının alınması məqsədilə analitik əsaslandırılmış təkliflər hazırlamaq;
  • Xüsusilə rəqəmsal kreditləşmə proseslərində kredit qərarlarının keyfiyyətini, risk göstəricilərini və nəticələrini monitorinq etmək;
  • Kredit portfelinin keyfiyyətini, risk dinamikasını və əsas risk göstəricilərini təhlil etmək, problemli meylləri vaxtında müəyyən etmək;
  • Müştəri seqmentləri, kredit məhsulları və risk profilləri üzrə təhlillər aparmaq və potensial riskləri müəyyən etmək;
  • Kreditləşmə prosesini, kreditləşmə qaydaları, limitlər və qərarvermə mexanizmlərinin risk baxımından təhlilində iştirak etmək;
  • Kredit risk modellərinin, scoring və digər qərarvermə mexanizmlərinin nəticələrini monitorinq etmək və onların effektivliyini qiymətləndirmək;
  • SQL və digər analitik alətlərdən istifadə etməklə kredit portfeli və kreditləşmə prosesləri üzrə məlumatları çıxarmaq, təhlil etmək və nəticələr əsasında təkliflər hazırlamaq;
  • Əldə edilən və saxlanılan məlumatlarda, kredit proseslərində və qərarvermə mexanizmlərində uyğunsuzluqları, anomaliyaları və potensial riskləri müəyyən etmək;
  • Kredit məhsullarının və risk yanaşmalarının təkmilləşdirilməsi ilə bağlı əlaqəli və aidiyyəti komandalarla əməkdaşlıq etmək;
  • Kredit risklərinin vəziyyəti, portfelin keyfiyyəti və anderraytinq prosesinin effektivliyi barədə analitik hesabatlar və təqdimatlar hazırlamaq;
  • Bazar, müştəri davranışı və kredit məhsullarında baş verən dəyişiklikləri izləmək və onların kredit risklərinə potensial təsirini qiymətləndirmək.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə ali təhsili olan;
  • Bank və maliyyə sektorunda, xüsusilə kredit riskləri, kredit analitikası, anderraytinq və ya əlaqəli sahələrdə ən azı 2-3 il iş təcrübəsi olan;
  • Kreditləşmə və anderraytinq prinsiplərini, kredit qərarvermə proseslərini və əsas risk faktorlarını dərindən bilən;
  • Kredit risklərinin azaldılması ilə yanaşmaları haqqında anlayışa sahib olan;
  • Excel və digər MS Office alətləri ilə yaxşı işləyə bilən;
  • SQL də təhlil aparılası səviyyəyə uyğun biliklərə sahib olan, Python dilini analitik məqsədlər üçün ümumi səviyyədə anlayan;
  • Statistika və data analitikası üzrə yaxşı biliklərə sahib olan;
  • Məlumatlardan biznes və risk baxımından nəticə çıxara bilən və analitik nəticələri praktik təkliflərə çevirə bilən;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığına sahib olan;
  • Biznes tələblərini və kredit proseslərini anlayaraq onları analitik tapşırıqlara çevirə bilən;
  • Dinamik iş mühitində işləyə bilən, təşəbbüskar və nəticəyönümlü olan;
  • Güclü kommunikasiya və təqdimat bacarıqlarına sahib olan;
  • Yeni bilikləri sürətlə mənimsəyən və özünü davamlı inkişaf etdirməyə həvəsli olan şəxsdir.

Üstünlük hesab olunur:

  • Rəqəmsal kreditləşmə və ya avtomatlaşdırılmış qərarvermə prosesləri üzrə təcrübə;
  • Fraud risklərinin aşkarlanması və ya qarşısının alınması üzrə təcrübə;
  • Kredit risk modellərinin monitorinqi, back-testing və effektivliyinin qiymətləndirilməsi üzrə təcrübə;
  • Kredit siyasətlərinin, kredit qaydalarının və risk limitlərinin hazırlanması və ya təkmilləşdirilməsi üzrə təcrübə;
  • IFRS 9, ECL və ya Basel prinsipləri üzrə biliklər;
  • Python ilə data analitikası üzrə praktiki təcrübə;
  • Power BI, Qlik Sense, Tableau və ya digər analitik və vizuallaşdırma alətləri ilə iş təcrübəsi.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalardan bildiriş al

Risk həlləri sahəsinə risk analitik / aparıcı risk analitik vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox