Vaxtı bitib

Satınalma üzrə mütəxəssis

  • Bakı, Səttar Bəhlulzadə 111
  • Digər
  • 26 avqust 2026
  • 5 418 baxış
  • Maaş 800 - 1000 AZN Gross
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 1 ildən az
  • Bitmə tarixi 05 oktyabr 2026
Diqqət!

Bu elanın vaxtı bitib. Satınalma üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Əsas vəzifələr

  • Stomatoloji məhsul istehsalçılarını, təchizatçıları və potensial tərəfdaşları dünyanın müxtəlif ölkələrində ətraflı araşdırmaq və müəyyən etmək.
  • Şirkətin stomatoloji məhsul portfelinin genişləndirilməsi üçün innovativ, keyfiyyətli və bazar potensialı yüksək olan yeni məhsulların axtarışını aparmaq.
  • Xarici istehsalçı və təchizatçılarla e-mail, video görüşlər və digər kommunikasiya vasitələri ilə əlaqə yaratmaq və işgüzar münasibətlər qurmaq.
  • Potensial istehsalçıları və məhsulları keyfiyyət, qiymət, sertifikatlar, qeydiyyat tələbləri və bazar potensialı baxımından qiymətləndirmək.
  • Potensial əməkdaşlıq, qiymətlər, minimum sifariş miqdarı, kommersiya şərtləri və digər əməkdaşlıq məsələləri üzrə danışıqlar aparmaq.
  • Potensial sifarişləri və məhsul seçimlərini şirkətin daxili Satış Komandası və Direktor ilə müzakirə və koordinasiya etmək.
  • Məhsulların qeydiyyatı üçün tələb olunan texniki və normativ sənədləri toplamaq, yoxlamaq və prosesə nəzarət etmək.
  • İdxal və logistika proseslərini, o cümlədən gömrük brokeri, logistika şirkətləri və digər aidiyyəti tərəflərlə əlaqələri koordinasiya etmək.
  • Yüklərin daşınmasını izləmək və idxal və logistika üçün tələb olunan sənədlərin düzgün hazırlanmasını təmin etmək.
  • Davam edən layihələri, istehsalçı və təchizatçılarla yazışmaları, qeydiyyat proseslərini və sifarişləri izləmək.
  • Görülən işlər, danışıqlar, qeydiyyat prosesləri, sifarişlər və digər fəaliyyətlər barədə Direktora gündəlik hesabat təqdim etmək.

Namizədə tələblər

  • Bakalavr təhsili.
  • İngilis dili üzrə yüksək səviyyədə bilik (minimum B2), həm yazılı, həm də şifahi.
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı.
  • Yüksək məsuliyyətlilik, punktuallıq və detallara diqqət.
  • Güclü analitik və tənqidi düşünmə qabiliyyəti.
  • Müstəqil araşdırma aparmaq və müxtəlif mənbələrdən əldə olunan məlumatları təhlil etmək bacarığı.
  • Xarici istehsalçılar və biznes tərəfdaşları ilə peşəkar ünsiyyət qurmaq bacarığı.
  • Microsoft Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yaxşı səviyyədə bilmək.
  • Stomatoloji məhsullar və beynəlxalq ticarət sahələrini öyrənməyə maraq.
  • Yalnız xanım namizədlər

Əmək haqqı: 800 - 1000 (Gross)

İş qrafiki: 5 iş günü

İş saatı :09:30 - 17:30

İş yeri: Səttar Bəhlulzadə küçəsi 111, Bakı, Azərbaycan

Əgər təşəbbüskar və məsuliyyətlisinizsə, beynəlxalq biznes və səhiyyə/stomatologiya sahəsinə maraqlı birisinizsə, təcrübəniz olmasa belə, CV-nizi company@medproduct.az mail adresimizə gözləyirik.

Şirkət: MedProduct MMC
Fəaliyyət sahəsi: Tibbi cihazlar, stomatoloji məhsullar

Med Product MMC tibb və stomatologiya sektorunda fəaliyyət göstərən idxal, distribusiya və marketinq şirkətidir. Şirkətimizin stomatoloji məhsullar üzrə portfelinin genişləndirilməsi məqsədilə komandamıza məsuliyyətli, təşəbbüskar və analitik düşüncəyə malik “Beynəlxalq Məhsul İnkişafı və Satınalma üzrə Mütəxəssis” axtarırıq.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Satınalma üzrə mütəxəssis üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Satınalma üzrə mütəxəssis vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Satınalma üzrə mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ